Xəbər lenti
Dini Komitənin keçmiş sədri QMİ-ni monopoliyada ittiham etdi
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) builki Həcc ziyarətinin qiymətini açıqlayıb. Belə ki, hacı olmaq istəyənlər üçün bir nəfərlik ziyarət paketinin qiyməti 3850 ABŞ dolları civarındadır. Bu da təxminən 7600 manat edir. Eyni zamanda, builki Həcc mövsümündə azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur.
Belə fikirlər var ki, QMİ Həcc ziyarətinin gerçəkləşməsi ilə bağlı qiymətləri insanların iqtisadi durumuna görə müəyyənləşdirməyib.
Qiymətlərin əhalinin büdcəsinə necə uyğun etmək olar?
Həcc ziyarətini həyata keçirən başqa şirkətlərin olması rəqabət mexnizminə necə təsir edər?
Dini Qurumlar üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev Modern.az-a açıqlamasında səslənən suallara cavab verib.
“Həcc ziyarətinin qiymətlərinin yüksək olmasını Qafqaz Müsəlmanları İdarəsi müəyyən edir. 7-8 il bundan qabaq “Dini Etiqad Azadlığı haqqında” qanuna bu məsələ əlavə olundu və Həcc ziyarəti, onun qiyməti yalnız QMİ-nin səlahiyyətinə aid edildi.
Ona görə də digər şirkətlərin Həcc ziyarətinə insan aparması qanunla qadağandır. Hər hansısa şirkətlərin olması qanunaziddir. Həcc ziyarətini yalnız QMİ yolu ilə həyata keçirmək olar”.
Rafiq Əliyev, QMİ ilə digər şirkətlər arasında yarana biləcək rəqabət məsələsinə də toxunub.
“Əslində, qiymətlərin yüksək olması ilə bağlı hər hansı təklifin edilməsi yalnız rəqabətlə müəyyənləşir. Rəqabətin olmaması səbəbindən qiymətləri yalnız bir adam təşkil edir. İkinci təklifdən söhbət belə, gedə bilməz. Rəqabət olmayan bir şəraitdə bazarda qiyməti əgər monopolist müəyyən edirsə, onun da dediyi olur.
Bu da o anlama gəlir ki, maddi durumuna görə Həcc ziyarətini ya gerçəkləşdirə, ya da təxirə sala bilərsən. Yəni pulun varsa gedəcəksən, yoxdursa getməyəcəksən. Eyni zamanda, rəqabət olarsa, seçim etmək imkanı da olar. Qanun o rəqabəti aradan götürür. Ona görə də qiymətlərin aşağı endirilməsi istiqamətində hər hansı təklif verməyin əhəmiyyəti yoxdur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar