Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Özbək tarixçi İlham Əliyevdən kömək istədi - MÜRACİƏT

Tarix: 26-01-2017 12:07     Baxış: 4394 A- / A+
Özbək tarixçi İlham Əliyevdən kömək istədi



Tanınmış özbək tarixçi-publisisti Şuxrat Salamov (Şuxrat Barlas) Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirzyayevə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Manevr.az saytı modern.az-a istinadən həmin müraciətin mətnini təqdim edir:



“Özbəkistan Respublikasının Prezidenti Şavkat Miromonoviç Mirzyayevə,

Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə


Surəti:

Özbəkistan Respublikasının Təhlükəsizlik Xidmətinə
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə
Azərbaycan Respublikasının Özbəkistandakı fövqəladə və səlahiyyətli səfirinə

AÇIQ MƏKTUB


Hörmətli prezidentlər Şavkat Mirzyayev və İlham Heydər oğlu Əliyev!

İcazənizlə adi vətəndaş kimi qeyd etmək istəyərdim ki, Sizin böyük səyləriniz sayəsində əzəli Özbəkistanın ilk prezidenti İslam Kərimov və Azərbaycanın ümumimilli lideri Heydər Əliyev tərəfindən qoyulan iki xalqın və dövlətin sosial-siyasi və mədəni-iqtisadi əlaqələri bu gün də yüksələn xətt üzrə davam etməkdədir. Özbəkistanın və Azərbaycanın xarici və daxili siyasəti özbək və Azərbaycan xalqlarının arasındakı qarşılıqlı hörmətə və dostluğa söykənir.

Hər iki ölkənin çox hörmətli prezidentləri!

Sizdən xahiş edirəm ki, ünvanıma və şəxsimə edilən, məruz qaldığım təhqirlər, təhdidlər və hədələrdən məni qoruyasınız. Mənim sonuncu kitablarım çıxana qədər belə təhdidlər və hədələrlə rastlaşmamışdım. 2016-cı ilin dekabr ayının axırlarından başlayaraq, sosial şəbəkələr və saytlarda barəmdə böhtan və şər dolu məqalələr dərc olunmağa başladı. Bu məqalələri dərc edənlər Azərbaycan və Özbəkistan arasındakı inamlı və mehriban dostluq əlaqələrinə xələl gətirəcəklərini düşünürlər. Bütün bu təhdidlər də erməni terrorizmi haqqında yazdığım elmi-publisist kitablarım “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” və “Qarabağ: ideyalar müharibəsi” işıq üzü görəndən sonra başlayıb. Erməni daşnakı xislətində olanlar bizim tariximizin heç bir akademik müzakirəsini məqbul hesab etmirlər. Kitabımda yer alan tezisləri normal insani münasibətləri müstəvisində müzakirə etmək əvəzinə, öz ölkəmdə mənim rahat yaşamağıma, iki xalqın tarixi həqiqətlərini yazıb yaratmağıma mane olur, məni hədələyirlər.

Onlar dayanmadan məni falsifikasiya, milliyyətçilikdə, pantürkizm, fırıldaqçılıqda ittiham edərək, haqqımda əsassız böhtanlar yayır, məni ekstremist qruplarla əlaqədə olduğumu yazaraq, şərəf və ləyaqətimi təhqir edirlər. Şəxsimə yönələn belə təhqirlər və böhtanlar səbəbindən ailəmin də rahatlığı əlindən alınıb, normal şəraitdə işləyib, yarada bilmirəm.
Yuxarıda qeyd etdiyim halları nəzərinizə çatdırmaqla, Sizdən xahiş edirəm ki, iki xalqın dostluğu və qardaşlığı naminə mənə yardım edəsiniz. AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən təltif olunduğum Fəxri doktor adına rəğmən Azərbaycan Respublkasının Elmlər Akademiyasından mənim hüquqlarımın və təhlükəsizliyinin qorunması üçün şərait yaradılmasını istəyirəm.

Ümid edirəm ki, yuxarıda göstərdiklərimə əsasən düşdüyüm vəziyyətdən xilas olmaq, həyatımın təhlükəsizliyin təmin edilməsi üçün mənə mənəvi dəstək olacaqsınız. Mən də öz növbəmdə həmişəki kimi bizi istəməyənlərə, Azərbaycan və Özbəkistan Respublikaları arasında, xalqımızın arasında olan qədim dostluq və qardaşlıq münasibətlərinin araşdırılıb dünyaya çatdırılmasında əlimdən gələni edəcəyəm.

Məktuba izahlı ərizə şərhi də əlavə edirəm.
Hörmətlə, tarixçi publisist
Salamov Şuxrat Nasıroviç (Shuhrat Barlas)”.


Müraciətin nömrəsi:
30402-s/17
Müraciətin yoxlama kodu:
ef42d65630

Özbək tarixçi İlham Əliyevdən kömək istədi
Özbək tarixçi İlham Əliyevdən kömək istədi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar