Xəbər lenti
“Lənkəranski sağdır” - Rəsmilərimiz xəstəxanaya gedir (Yenilənib)

Şişli Hamidiyə Etfal Tədris və Araşdırma Xəstəxanasından Rövşən Lənkəranskinin durumu ilə bağlı açıqlama verilib.
Xəstəxanadan AzNews.az-a bildirilib ki, xəstə hazırda reanimasiyadadır: “Vəziyyəti kritikdir. Xəstə haqqında bundan artıq məlumat verməyə icazəmiz yoxdur. Lakin onu deyə bilərik ki, xəstə yaşayır”.
Xəstəxana rəsmisi onu da bildirib ki, bir neçə dəqiqə sonra Azərbaycanın Türkiyədəki Konsulluğundan da rəsmi şəxslərin xəstəxanaya gəlməsi gözlənilir.
***
12:39
Azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin güllələnməsiylə bağlı yeni məlumat yayılıb.
AzNews.az xəbər verir ki, Şişli Hamidiyə Etfal Tədris və Araşdırma Xəstəxanasından sputnik-ə verilən məlumata görə, R. Lənkəranski həyatını itirməyib: “Xəstə hazırda reanimasiyadadır. Ona lazımi tibbi xidmət göstərilir. Həyatını itirdiyi barədə məlumatlar yalandır. Bu dəqiqələrdə yaxınları xəstəxanadadır”.
Qeyd edək ki, Lənkəranskinin qohumu olan millət vəkili Fəzail Ağamalı onun ölümüylə bağlı yayılan məlumatları təsdiqləyib.
Onu da əlavə edək ki, R. Lənkəranskinin nəşinin artıq Azərbaycana gətirilməsi üçün hazırlıqlar getdiyi ilə bağlı da məlumatlar yayılıb. Bildirilir ki, bunun üçün özəl təyyarə sifariş edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar