Sizin Reklam Burada
Xəbər lenti
11-10-2026
10-10-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın daha bir tanınmış jurnalisti Avropaya sığındı

Tarix: 23-01-2017 16:02     Baxış: 7427 A- / A+
Azərbaycanın daha bir tanınmış jurnalisti Avropaya sığındı



Azərbaycanın tanınmış jurnalisti Çingiz Sultanosoy ölkədən köçüb.

BakiPost.az xəbər verir ki, o, Almaniyaya gedib və sığınacaq almaq üçün müraciət edib. Məlumata görə, jurnalist artıq qaçqınların ilkin sığınacağına – "kamp”a yerləşib.

Ç. Sultansoy 1952-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirib.
90-cı illərin bir neçə populyar televiziya proqramının, o cümlədən «Jurnalist araşdırması», «Kontakt» kimi verilişlərin aparıcısı və müəllifi olub.

Bir neçə filmin – «Hissizliyin anatomiyası», «Utanmağın anatomiyası», «Azərbaycan. Prezident seçkiləri -2003» və digərlərinin ssenari müəllifidir.

Yazıları Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, Qazaxıstan, İsrail və başqa ölkələrin mətbuat orqanlarında dərc olunub.

2004 və 2009-cu illərdə «Media açarı» mükafatına layiq görülüb.

Qeyd edək ki, son günlərdə bir neçə jurnalist ölkəni tərk edib. Dünən "Azadlıq” qəzetinin baş redaktor müavini Rahim Hacıyevin də Azərbaycandan getdiyi barədə məlumat yayılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar