Sizin Reklam Burada
Xəbər lenti
13-05-2024
12-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ana ölümləri niyə daha çox yanvar ayında olur? - Açıqlama

Tarix: 23-01-2017 14:02     Baxış: 3487 A- / A+
Ana ölümləri niyə daha çox yanvar ayında olur?


Azərbaycanda növbəti ana ölümü baş verib.


Manevr.az xəbər verir ki, Goranboy rayon sakini Elşanə Əhmədova Gəncədə yerləşən Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında dünyasını dəyişib.

Doğuşayardım komissiyasının sədri, Perinatal mərkəzin sədri Sevinc Məmmədova AzVision.az-a bildirib ki, qadında uşaqlıqdan kənar hamiləlik qeydə alınıb.

“Bu diaqnozla ana xəstəxanaya müraciət edib, əməliyyat edilib. Görülən reanimasyon tədbirlərə baxmayaraq, ananın vəziyyəti ağır olduğundan dünyasını dəyişib. Ananın təkrar hamiləliyi olub”.

Bir ayda 6 ana ölümünün baş verməsinə aydınlıq gətirən komissiya sədri bildirib ki, yanvar ayı ağır aydır və 2014, 2015-ci illərdə də yanvar, mart aylarında ana ölümlərinin sayı çox olub.

“Qadınlar bayramdan çıxırlar, həkimlərə müraciət etməyə ləngiyirlər, havalar soyuq keçir deyə kənddən həkimə gəlməyə yubanırlar. Ona görə də xəstələr xəstəxanaya ağır vəziyyətdə daxil olurlar. Mərdəkanda ölən ana bir sutka evdə qanaxma olduqdan sonra huşsuz, qansız vəziyyətdə xəstəxanaya gətirilib. Evdə o qədər qan itirib ki, ürəyi dayanmışdı. Buna həkim nə etsin? Ana ölümlərinin bu aylarda çoxalmasını bayram ərəfəsində xəstələrin gec, ağır vəziyyətdə müraciət etməsi ilə əlaqələndirmək olar”.

Xatırladaq ki, yanvarın 4-də Tovuz rayon sakini Səkinə Əsgərova Regional Perinatal Mərkəzində, həmin gün Gəncədəki Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının ginekologiya şöbəsində 29 yaşlı Gülşən Aslanova abort zamanı ölüb. Yanvarın 11-də Biləsuvar rayonu Zəhmətabad kənd sakini, 24 yaşlı Amidə Füzuli qızı Arzumanlı, yanvarın 14-də Xəzər rayonunda Qala qəsəbə sakini 37 yaşlı Şabanova Günay Vahab qızı Birləşmiş Şəhər Xəstəxanasında, yanvarın 18-də Ağcabədi rayon Rəncbərlər kənd sakini, 32 yaşlı Təzəgül Qaraşova Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Doğum Evində ölüb.AzVision.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar