Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Maaş və pensiyalarda artım - Prezidentdən sərəncam

Tarix: 21-01-2017 13:49     Baxış: 3441 A- / A+

Maaş və pensiyalarda artım

Azərbaycan prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncamı imzalayıb.

Manevr.az-ın məlumatına görə, minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib.

Bundan başqa Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin.

Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, Azərbaycanda indiyədək minimum əməkhaqqı 105 manat olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar