Xəbər lenti 
					
 
		Mingəçevirli uşaq Jan-Klod Van Damma meydan oxuyur - İNANILMAZ GÖRÜNTÜLƏR - VİDEO

8 yaşlı Nihad hərəkətdə olan 2 avtomobil arasında "şpakat" açıb
ARB TV xəbər verir ki, Nihad Ağayev öz istedadı ilə bir sıra uğurlara da imza atıb.
İnsan həyatı üçün elə təhlükəli tryuklar var ki, biz onları ancaq filmlərdə görə bilirik. Mingəçevir sakini, 8 yaşlı Nihad Ağayevin real həyatda etdiyi tryuklar isə onu izləyənləri heyrətə gətirir. O, hərəkətdə olan iki avtomobil arasında "şpakat" açaraq, görənləri mat qoyur.
Nihad Ağayevin istedadı bununla bitmir. O, Mingəçevirdə fəaliyyət göstərən kikboksinq idman klubunun üzvüdür. Dəfələrlə yarışlarda mübarizə aparan Nihadın bir sıra uğurları var. Azyaşlı 2016-cı ildə həmyaşıdları arasında Azərbaycan çempionu olub. Bununla yanaşı, o, paytaxt Bakıda təşkil edilən qaydasız döyüş növü üzrə Avrasiya Çempionatında qızıl medal əldə edib.
Nihadın atası, eyni zamanda onun müəllimi olan Emin Ağayev deyir ki, övladının istedadını 4 yaşında kəşf edib.
Nihad Ağayev hər gün təşkil olunan təlim-məşq toplanışlarında iştirak edir. Onun ən böyük arzularından biri Avropa və Dünya çempionu olmaqdır. Hazırda azyaşlı kikboksinqçi mart ayında Bakıda təşkil ediləcək Azərbaycan Çempionatına hazırlaşır. Onun məqsədi bu nüfuzlu turnirdə uğurla çıxış etməkdir.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















