Xəbər lenti
Seks video qalmaqalındakı direktorun qaranlıq keçmişi.. . – Yaxın qohumundan ŞOK AÇIQLAMALAR
Şəmkirdəki Aşağı Seyfəli kənd məktəbinin direktoru Akif Namazovun keçmişi haqqında maraqlı faktlar üzə çıxıb.
Direktorun yaxın qohumu, Aşağı Seyfəli kənd sakini Məhərrəmov Zülfüqar Daşdəmir oğlu musavat.com-a bu barədə açıqlamalar verib.
Onun sözlərinə görə, oğlu Əli Məhərrəmov adı qalmaqalda hallanan məktəbdə hazırda gözətçi işləyir. Və direktorun gecə ilə onun ofisinə kiminsə girib, kompüterdən məlum videoların silinməsi yalandır. Belə ki, Z.Məhərrəmovun dediyinə görə, həmin gecə direktor özü 3-4 nəfər ilə məktəbə gələrək içəridə kompüterlə bağlı iş aparıb.
Gecə növbəsində gözətçi olan Əliyə isə evə getmək təlimatını verib: “Akif mənim qohumumdur. Yoldaşımın bibisioğludur. Həmin axşam özü 4 nəfər ilə məktəbə gəlib. Oğlumu da yanına çağırıb deyib ki, “Sən get, biz burda işləyəcəyik”. İşlərini bitirəndən sonra isə 102-yə zəng ediblər ki, guya direktorun otağına kimsə girib.
Açıqlamasında isə bildirib ki, guya bununla bağlı kimlərisə dindiriblər, onlar da polisə pul verib, canlarını qurtarıblar. Şəxsən məndə pul da yoxdur, kiməsə verməyə... Polis onun kimi rüşvətxor deyil. Özüm polisə gedib dedim ki, əgər mənim oğlumla bağlı nəsə bir cinayət işi varsa, onun cəzasını verib, tədbir görün. Oğlumu da hədələyib ki, səni də işdən çıxardacam, Xatirədən (laborant işləmiş Xatirə Əliyevanı nəzərdə tutur) sonra sənsən, növbədə... Hələ ki, çıxartmayıblar. Amma oğlumun adını hallandırır ki, guya, kiminləsə əlbir olub”.
Akif Namazovun yaxın qohumu olan Zülfüqar Məhərrəmov onun əvvəllər həbsdə olması barədə məlumatı təsdiqləyib: “Sovet dövründə Gəncə Pedaqoji Universitetində tələbə olarkən həbs edilib. Bildiyimə görə, həbsini Rusiyada çəkib. Həbs olunma səbəbi isə kimlərinsə barəsində saxta, anonim məktublar yazması olub. Oğluna gəldikdə isə, bəli, bu məlumat da doğrudur. Lakin onun hansı səbəbdən həbs olunduğu barədə müxtəlif məlumatlar var. (Qeyd: Laborant işləmiş Xatirə Əliyevanın musavat.com-a verdiyi açıqlamaya görə, direktorun oğlu 2016-cı ildə gənc əsgərlərdən “reketçiliklə" pul aldığına görə 6,5 il müddətinə həbs cəzası alıb.)
Akif Namazov əvvəllər Milli Elmlər Akademiyasının Tarix şöbəsində işləyib. Təxminən 2001-ci illərdə kəndə qayıdıb. Gəldikdən sonra bizim məktəbdə qruplaşma yaradıb, neçə direktorun barəsində biabırçı, rüsvayçı şikayətlər yazdırıb, onları həyatlarından bezdirib, işdən getmələrinə səbəb olub. Heç olmasa, Akif Namazov Azərbaycan polisini şərləməsin. Əgər sizin qəzetiniz və ya saytınız vasitəsi ilə mənim oğlumdan və polisdən üzr istəməsə, mənim deyiləcək çox sözlərim olacaq”.
Zülfüqar Məhərrəmov həmkəndlisi Xatirə Əliyeva barəsində isə bunları bildirib: “Mən özüm Seyfəli kənd sakiniyəm. Xatirə xanım ziyalı ailəsində anadan olub. Onun anası da müəllimədir. Getdiyi yer də yaxşı ailədir. Mən onu qanacaqlı, mərifətli xanım kimi tanıyıram. Hələ kənddə onun heç bir söz-söhbəti eşidilməyib”.
Məsələ ilə əlaqədar əməkdaşımız Təhsil Nazirliyi ilə əlaqə saxlayıb. Əməkdaşımıza bildirilib ki, məktəbdə yaşanmış qalmaqalla bağlı Şəmkir Təhsil Şöbəsi tərəfindən aparılan araşdırma davam etdirilir, son nəticə tezliklə mətbuata açıqlanacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar