Xəbər lenti
Boşanmaların artmasının iki sirri açıldı - HARVARD UNİVERSİTETİ

Son onilliklərdə ailələrin dağılması hallarının həddindən artıq çoxalması dünyanın bütün düşünən beyinlərini narahat etməkdədir. Bu yaxınlarda Harvard universitetinin sosiologiya kafedrasının alimləri boşanmaların sayının artmasının əsas səbəblərini müəyyən etmək üçün geniş tədqiqat aparıblar.
Manevr.az xəbər verir ki, tədqiqatlara başçılıq edən professor Aleksandr Kilvod 6 mindən çox cütlüyün münasibətlərini araşdırıb. Sorğuda iştirak edənlərin əksəriyyəti xanımın evdarlıq bacarığını ailənin möhkəmliyi üçün əsas amil hesab ediblər. Eyni zamanda alimlərin müşahidələri göstərib ki, boşanmaların əksəriyyətinin digər əsas səbəbi qadınların kişilərdən maliyyə asılılığını itirməsidir.
Beləliklə, ailələrin dağılmasının əsas iki səbəbi bunlardır:
-qadının evdar olmaması, yaxud ümumiyyətlə, ev işlərini görməkdən imtina etməsi;
-xanımların ərlərindən maliyyə asılılığını itirməsi, yəni qazanclarının kişilərinkindən yüksək olması və ya kişinin ümumiyyətlə, işləməməsi.
Qeyd edək ki, hər iki hal Azərbaycanda da günü-gündən artmaqdadır.
Sultan Laçın/ moderator.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar