Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Fətullahçılardan Sərdar Cəlaloğluna gizli görüş təklifi – Gülənlə bağlı sensasion AÇIQLAMALAR

Tarix: 17-08-2016 14:36     Baxış: 4450 A- / A+
Fətullahçılardan Sərdar Cəlaloğluna gizli görüş təklifi
“Mən təriqət və məzhəblərin yanlış olduğunu, onların insanları doğru yoldan uzaqlaşdırdığını, islam dünyasını cəhalətdə və nadanlıqda qalmasını təmin etdiyini düşünürəm. İslam dünyasının xristian dünyası qarşısında gücsüz olmasının yeganə səbəbini təriqətlərdə görürəm. Odur ki, ardıcıl olaraq təriqət və məzhəblərin yanlış olduğunu, insanların yenidən doğru yola qayıtmasını, məzhəb və təriqətlərdən imtina etməsini təbliğ edirəm”.

Bunu ADP sədri Sərdar Cəlaloğlu “Fətullah Gülənlə əlaqələrinin olub-olmadığı haqda” Teleqraf.com-un sualına cavab olaraq deyib.

O, bildirib ki, bu istiqamətdə onun xüsusi marağına səbəb olan bir neçə təriqət var ki, onlar haqqında daima danışıb: “Bunlardan biri də nurçuluqdur. İslamda nurçuluq masonluqdur. Masonların dünyada törətdikləri cinayətlərin, pərdəarxası oyunların terrorçuların etdiyindən yeganə fərqi odur ki, elmə əsaslanırlar. Masonlar düşünür ki, ümumtəhsil sistemində həqiqi insan yetişə bilməz, odur ki, xüsusi və ya qapalı təhsil sistemi yaradılmalı, həmin şəxslər burada ayrı həyat tərzi yaşamalı və yerdə qalan insanları idarə etməlidir. Fətullah Gülənin də apardığı siyasətin və işlərin mahiyyəti bundan ibarətdir”.

“İran deyir, Güləni verin asaq”

ADP sədri xatırladıb ki, əslində, Gülənin apardığı hərəkatın forması islamda IX əsrdə olub: “Nurçuluq əxilik hərəkatının yeni dövrdəki təzahürüdür. Diqqətlə fikir versəniz, Gülənlə İŞİD-in qabarıq formada meydana çıxması arasında tarixi fərqlə haşhaşilərlə əxilərin meydana çıxması arasında tarixi fərq qədərdir. Bu iki təşkilat biri digərini doğuraraq meydana çıxır. İslamın əvvəlki tarixində əxilik hərəkatı olub. Əxi tərcümədə “abi” deməkdir. Halbuki, indi Gülən tərəfdarları abilik prinsipi əsasında təşkilatlanıb. Bu, faktiki əxilik hərəkatıdır. XII əsrdə Osmanlı imperiyası yarandıqdan sonra əxilik hərəkatı iki hissəyə parçalandı. Bir hissə Osmanlının sərhədlərini qorumağa keçdi və buradan hərbçi əxilər meydana gəldi. Digər qrup isə Osmanlıda ticarət, maliyyə sistemini götürdülər və iqtisadiyyatla məşğul oldular. Eynilə sonradan Gülən öz adamlarını ya ordu, ya da iqtisadi rıçaqlar olan mühüm strukturlarda yerləşdirdi.

Gülən hərəkatı əxilik hərəkatının yeni forması və təkrarıdır. Əxilik sonradan sıradan çıxdı və qısa müddət sonra başqa adla Avropada meydana çıxdı ki, bu da masonluq idi. Siz abilik sistemi ilə masonluq prinsipinə baxsanız, görəcəksiniz ki, mahiyyət baxımından eyni şeylərdir. Mason sistemində də subay oğlanların yaşadığı vahid evlər olur, oğlanları özbaşına buraxmırlar ki, istədiyi xanımla evlənsin, masonlar da bir-birini tanıyır, amma başqaları onları tanımır, qardaşlıq əlaqələri var və s.

Fətullah Gülən əslində islamdan xristianlığa keçən hərəkatı yenidən islama qaytaran hərəkata rəhbərlik edib. Bu hərəkatın ən təhlükəli tərəfi ondan ibarətdir ki, onlar Quranı yanlış şərh edirlər. Bunlar nə sünni, nə də şiədir. Məsələn, Fətullah Gülən özünü Mehdi Sahib əz-Zaman elan edib. Halbuki, bu tezisi şiəlik müdafiə edir. Bu səbəbdən də İran deyir ki, Güləni verin asaq. Gülən özünü imam zaman hesab edir. Digər tərəfdən, özünün bəzi nüans və davranışları, qaydaları sünnilik təriqətindəndir. Belə sintez yaradıb və bu da imkan verib ki, onlar daha geniş dairədə fəaliyyət göstərsin. Məsələn, Nursi deyirdi ki, Quranda bəzi ayələr mənə işarə edir. Bunu da adlarını tez-tez dəyişib Qurana uyğunlaşdırmaqla sübut etməyə çalışırdı”.

“Fətullah Gülən kafirdir...”

ADP sədri hesab edir ki, Fətullah Gülən islama görə kafirdir və bunun danılmaz sübutları var:
“Məsələn, Gülən deyir ki, Allahı görmüşəm. İkincisi, deyir ki, peyğəmbərin səhabəsiyəm və yeni dövrdə meydana çıxmışam. Üçüncüsü, iddia edir ki, mələklərlə ünsiyyətə girir. Quranı-Kərimdə ayə var ki, allahı heç kəs görə bilməz və bu, mümkün də deyil. Əslinə qalsa, Gülən Hərəkatı nurçuluq təriqətinin bir qanadıdır. Nurçuluğun 6 qanadı var və onun bir qanadı da yazarlar qanadı hesab olunur. Bu qanadın da rəhbəri Güləndir. Bu hərəkat əslində təriqət deyil, islamda faktiki masonluqdur”.

“Həmin şəxs Gülənin buradakı şeyxi idi”

Sərdar Cəlaloğlu Fətullah Gülən və nur hərəkatının təmsilçiləri ilə əlaqələrinə də toxunub:
“Bir dəfə məni məclisə dəvət etmişdilər. Burada vaxtilə Naxçıvanda uzun illər rəhbər vəzifədə işləyən dostumla masanın bir tərəfində durub söhbət edirdik. Söhbət əsnasında kənarda duran iki şəxsdən biri müdaxilə edərək mənimlə danışan dostumdan bizi tanış edə biləcəyini soruşdu. Dostum da məni təqdim edərək bildirdi ki, Sərdar Cəlaloğludur, siyasətçidir, partiya sədridir və s. Bu zaman həmin şəxs dostumdan xahiş etdi ki, Sərdar bəylə bizim konfidensial görüşümüzü təşkil etsin. Həmin şəxs Gülənin Bakıdakı məktəblərdən birinin direktoru idi. Sonradan bəlli oldu ki, onun yanındakı şəxs isə Gülənin buradakı şeyxi, məktəblərə baxan şəxsdir. Belə söhbət oldu, sonra biz ayrıldıq. Bu zaman dostum mənə dedi ki, onlarla konfidensal görüşməyimi, ümumiyyətlə, kontakt saxlamağı məsləhət görmür. Mən də bununla razılaşdım. Beləcə, onlarla kontaktım olmadı. Gülən hərəkatı təxminən 3 il əvvəl mənə təklif etdi ki, biz görüşək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar