Xəbər lenti
Bakıda mənzillər hansı səbəbdən ucuzlaşacaq? - ŞƏRH
"Bu ilin birinci yarısında mənzil bazarında qiymət azalmalarının davam edəcəyi gözlənilir".
Manevr.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov mənzil bazarındakı durğunluqla bağlı şərhində deyib.
"Xatırlayırsınızsa 2013-cü ildə Bakıda mənzillərin qiymətinin süni şəkildə şişirdildiyi və qiymət azalmalarının qaçılmaz olduğunu bildirmişdim. Xüsusən də, son 2 ildə ciddi qiymət azalmaları müşahidə edilir. Bir tərəfdən, alıcılıq qabiliyyəti aşağı düşüb və bu da bazarda tələbin azalmasına səbəb olub" deyə erkspert bildirib.
Vüqar Bayramovun sözlərinə görə, Rusiyada yaşayan həmyerlilərimiz də artıq Bakının mənzil bazarında tələb yaratmırlar:
"Digər tərəfdən isə manatın bazar dəyəri müəyyənləşdirilmədiyi üçün potensial alıcılar da öz pullarını dollarda saxlamağa üstünlük verirlər. Evi satanlar isə daha qısa zamanda mənzili satıb pulu xarici valyutaya çevirməyə üstünlük verdikləri üçün bazarda təklif də azalmır. Bu isə mənzil bazarında tələb və təklif arasında kəskin fərq yaradır".
Ekspertin fikrincə, manatın bazar məzənnəsi müəyyənləşənədək əmlak bazarındakı durğunluq qalacaq:
"Milli valyutanın bazar dəyəri müəyyənləşməsə, yaxın aylarda əmlak bazarında tələb dəyişməyəcək və bu isə yeni qiymət azalamları deməkdir. Hazırda mənzillərin qiymətinin artması üçün heç bir ciddi iqtisadi səbəb yoxdur".Qaynarinfo.Az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar