Xəbər lenti 
					
 
		Qar adamını görən şəxs: "Qorxumdan heç kimə deyə bilmədim" - VİDEO

Qubanın Xınalıq kənd sakini Babaəli Babaəliyev qar adamı gördüyünü iddia edir.
ARB Şimal xəbər verir ki, 58 yaşlı kənd sakini Qar adamına 30 il öncə rast gəldiyini söyləyir.
Dediyinə görə bu varlığa ov edən zaman rast gəlib. Qar adamını Xınalıq kənd sakinlərindən Babaəli Babaəliyevdən başqa görən olmayıb. Kənd sakini mağarada onunla üz-üzə oturan Qar adamını tüfənglə öldürmək istəyib. Lakin ona zərər vermədiyindən bu fikrindən daşınıb.
Babaəli Babaəliyev:"Həmin məxluqla 1986-cı il, mən ova gedəndə mağarada rastlaşdıq. Gəldi mağaraya, oturdu. Gecə saat 01:15-dən, 04::00-a qədər. Çox qalın tükü yoxdur. Hardasa 5-7 sm-lik. Alnı bir az yastıdır. İnsan kimidir. Əl, ayaq. Boynunda, sinəsində qırmızı ət görünürdü. Boyu 3 m olardı.
Bir çoxları bu varlığı gördüklərini desələr də, onun mövcudluğu tam təsdiqini tapmayıb.
Belə fikirlər var ki, bu müqəddəs hominid məməlilərə aid olan, insanların əcdadlarından qalmış, primatlar dəstəsinin insan növünə aiddir. Canlı orqanizmlərin təsnifləşdirilməsinin əsasını qoymuş məşhur isveçli həkim Karl Linney onu mağara adamı kimi təyin edib.
Babaəli Babaəliyev: "İlk 6 ay heç kəsə demədim. Öz qorxumdan. Fikirləşirdim ki, gəlib mənə deyər ki, məni sən görmüşdün. Niyə məni "şantaj" elədin. Bax ona görə".
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















