Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Prezident və nazirləri aldadan məşhur fırıldaqçının oğlu küçədə yaşayır

Tarix: 29-12-2016 10:04     Baxış: 5396 A- / A+
Prezident və nazirləri aldadan məşhur fırıldaqçının oğlu küçədə yaşayır



Türkiyədə prezident və nazirləri aldadan məşhur fırıldaqçının oğlu küçədə yaşayır.

Musavat.com milliyet.com-a istinadən xəbər verir ki, İstanbul şəhərində havaların soyuması ilə əlaqədar 485 evsiz Zeytinburnu rayonundakı idman kompleksinə gətirilib. Burada onlar yatacaq yer, geyim və yeməklə təmin olunub. Kompleksə gətirilənlər arasında Hakan Parsadan ad-soyadlı biri xüsusi diqqət çəkib. Məlum olub ki, o, bir zaman fırıldaqçılıqla gündəmə səs salan Səlcuk Parsadanın oğludur.

Beş ildir küçədə yaşadığını deyən 38 yaşlı Hakar Parsadan gələcəkdə kitab yazmaq istədiyini bildirib: “Atam Səlcuk Parsadan sağ olanda çox gözəl həyatım var idi. O öləndən sonra maddi vəziyyətim pisləşdi və küçəyə düşdüm. Atamla fəxr edirəm. Gələcəkdə başıma gələnlərlə bağlı kitab yazmaq istəyirəm. Kitabda narkotikdən, özümdən və küçələrdə yaşayan insanlardan bəhs edəcəyəm. Əvvəllər mən də narkotik maddə istifadə edirdim, amma tərgitdim. Həyat isə mənə insanların qəddar olduğunu öyrətdi. Yeni ildən diləyim budur ki, heç bir insan evsiz qalmasın. Vətəndaşların və iş adamlarının da buraya gəlib bizə kömək etmələrini istəyirəm”.

Qeyd edək ki, Səlcuk Parsadan baş nazir olan Tansu Çilləri, prezident Süleyman Dəmirəli və bir çox nazirləri aldadan məşhur fırıldaqçıdır. O, 2006-cı ildə vəfat edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar