Xəbər lenti
“Gənclər və Ekologiya” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Gənclər və Ekologiya” adlı layihənin icrası davam etdirilir.
Layihənin rəhbəri Rəqsanə Əliyevanın Manevr.az-a verdiyi xəbərə görə, əsas məqsəd gənclərin ekoloji biliklərininn artırılması istiqamətində maarifləndirmə işinin təşkili, onlar arasında ekoloji mədəniyyətin formalaşdırılmasına dəstəkdir. Layihə çərçivəsində gənclərin bu sahədə maarifləndirilməsi istiqamətində Xaçmaz rayonu və Bakı şəhərində təlimlərin keçirilməsi nəzərdə tutulub.
Layihənin ilk təlimi Xaçmaz rayonunda müxtəlif sahələrdə fəaliyyət göstərən gənclərin iştirakı ilə təşkil olunub. Belə ki, təlimçi Rauf Hümbətzadə tərəfindən gənclərə ekoloji mədəniyyət, ekoloji etika, tullantıların ətraf mühitə təsiri və s mövzular ətrafında təlim keçirilib. Xüsusilə layihənin hədəf regionlarının Xəzər dənizi ətrafında yerləşdiyini nəzərə alaraq gənclərlə bu sahədə olan problemlər mövzusunda geniş müzakirələr təşkil olunub. Təlimin sonunda layihədə iştirak edən gənclərə sertifikatlar təqdim olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar