Xəbər lenti
Hansı ölkələrin vətəndaşları Azərbaycanda yaşamaq istəyir?
“Son iki ildə Avropa İttifaqı ölkələrindən Azərbaycana qaytarılan qeyri-qanuni miqrantların sayı təqribən 450 nəfərdən bir qədər artıqdır".
Bu sözləri Azərbaycan Dövlət Miqrasiya Xidməti yanında ictimai şuranın sədri Azər Allahverənov deyib.
Onun sözlərinə görə, 2016-cı il ərzində ölkə ərazisindən başqa ölkələrə gedənlərin sayı 2500 nəfər civarında olub: “Azərbaycana gəlib, daimi əsaslarla yaşamaq istəyənlərin sayı isə daha çoxdur. Bu səbəbdən 2008-ci ildən Azərbaycanın miqrasya saldosu müsbətdir. 2016-ci ildə 30 minə qədər miqrant qeydiyyata düşüb, onlar Azərbaycanda əmək fəaliyyəti ilə məşğuldurlar. Azərbaycanda qaçqın statusu almaq istəyənlər əsasən, Əfqanıstan, Rusiya, Çeçenistan və müəyyən sayda İrandandır. Sığınacaq axtaran şəxslərin sayı təxminən 1300-ə yaxındır”.
Şura sədri qeyd edib ki, Azərbaycandan miqrasiya axını Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan və Qərbi Avropa ölkələrinədir.
A.Allahverənov qeyd edib ki, qanunsuz miqrantlarla bağlı Azərbaycan Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyinin həyata keçirdiyi reydlər zamanı ay ərzində 2000-2500 civarında qanunsuz miqrantlar aşkarlanır: “Onların da müəyyən bir qisminin statusu leqallaşdırılır, müəyyən bir qismi 48 saat ərzində ölkəni tərk etmək qərarı ilə üzləşir, digər qisim isə ölkədən deportasiya edilir”.Teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar