Xəbər lenti
Azərbaycanda bu şəxslərin hər gününə 1,65 manat veriləcək
İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) zərər çəkmiş və şahidlərin qanuni nümayəndələri kimi çağırılan şəxslərin işdə olmadıqları müddət ərzində iş yerində onların əmək haqqı müəyyən edilmiş qaydada saxlanılacaq.
Manevr.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindən irəli gələn bəzi məsələlər haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb.
Əmək münasibətlərində olmayan qanuni nümayəndələr adi məşğuliyyətlərindən ayrıldıqlarına görə faktiki sərf olunmuş vaxt və əməyin ödənilməsinə görə hər gün üçün 1,65 manat əvəz alacaqlar.
Qanuni nümayəndələrə icraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar nəqliyyat xərcləri (taksidən başqa), kommunal xərcləri və gündəlik xərclər ödəniləcək. Onlara verilməli məbləğlər inzibati xətalar haqqında işlər fiziki şəxslər barəsində olduqda dövlət hesabına ödəniləcək, hüquqi şəxslər barəsində olduqda isə həmin şəxslərin üzərinə qoyulacaq.
Zərər çəkmiş və şahidlərin qanuni nümayəndələrinə verilməli məbləğlər inzibati xətalar haqqında işlər fiziki şəxslər barəsində olduqda həmin işə baxan məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarı əsasında dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına, hüquqi şəxslər barəsində olduqda isə həmin hüquqi şəxslər tərəfindən müvafiq depozit xəzinə hesabına keçirilmiş vəsait hesabına ödəniləcək. Nəzərdə tutulan məbləğ məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarı əsasında qanuni nümayəndələrə onların yaşadığı yer üzrə ərazi maliyyə orqanları tərəfindən həmin şəxslər tərəfindən ərizə və məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı təqdim edildikdən sonra bir ay müddətindən gec olmayaraq veriləcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar