Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Avtobus qiymətləri qaldırıldı

Tarix: 16-12-2016 13:31     Baxış: 3437 A- / A+
Avtobus qiymətləri qaldırıldı


Ötən gecə ölkə ərazisində müşahidə olunan qarlı hava bu gün səhər saatlarında ictimai nəqliyyatda süni qiymət artımına səbəb olub.
Bu barəədə sərnişinlər şikayət məktubu ünvanlayıb. Məlumata görə, 50 saylı marşrut xətti üzrə hərəkət edən avtobus sürücüləri bu gün qarlı hava səbəbindən gediş haqqını 10 qəpik artıraraq sərnişinlərdən 30 qəpik alıblar. Bildiyiniz kimi, şəhərdaxili avtobuslarda qiymət 20 qəpikdir. Adıçəkilən avtobus da şəhərdaxili hərəkət etdiyi üçün təbii ki, o da bu qiymətlə fəaliyyət göstərir. Bu gün səhər saatlarında isə 50 saylı avtobusun sürücüləri sərnişinlərdən 30 qəpik ödəməyə məcbur ediblər.
Sərnişinlərin iradını sürücülər ətrafdakı qarı göstərməklə cavab veriblər.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumun İcitmai Əlaqələr və Maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev gediş haqqını hava şəraitinin yox, Tarif Şurasının qərarı ilə tənzimləndiyini dedi: “Şəhərdaxili marşurutlarda qiymət artımı ilə bağlı Tarif Şurasının qərarı dəyişməyib və heç bir artım yoxdur. Yəni şəhərdaxili avtobuslarda gediş haqqı 20 qəpikdir. Adıçəkilən marşrut xətti sahibi ilə əlaqə saxlanılıb, məsələni araşdıracağıq. Daha sonra ətraflı məlumat veriləcək”.
Qeyd edək ki, bəzi taksilərdə də ötən gecə və bu gün səhər saatlarında 1 manatlıq artım müşahidə edilib.Publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar