Xəbər lenti
Qaçqınlar Komitəsi deputatın qalmaqallı təklifini qəbul etdi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) məcburi köçkünlərin istifadə etdikləri kommunal xidmət xərclərinin yemək xərci müavinəti kimi plastik kartla onların özlərinə verilməsi təklifinə münasibət bildirib.
Dövlət Komitəsinin mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası”na əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin istifadə etdiyi kommunal xidmət xərcləri mərkəzləşmiş qaydada xidmət təşkilatlarına ödənilir.
Məcburi köçkünlər müxtəlif vaxtlarda Komitəyə ünvanladıqları çoxsaylı müraciətlərdə, onlarla keçirilən səyyar görüşlərdə və Komitədə qəbul zamanı onlar istifadə etdikləri kommunal xidmətlərin dəyərinin mərkəzləşmiş qaydada xidmət təşkilatlarına yox, vahid plastik kart vasitəsilə onların özlərinə verilməsini istədiklərini bildiriblər:
“Bu gün ölkə ərazisində öz yaşayış ünvanlarını dəyişərkən faktiki istehlaka görə kommunal xidmət xərclərinin ödənilməsi üçün həyata keçirilən müəyyən prosedur qaydaları artıq əlavə problemlərin yaradılmasına gətirib çıxarırdı. Məcburi köçkünlərin həmin müraciətləri nəzərə alınaraq onların istifadə etdiyi kommunal xidmətlərin dəyərinin plastik kart vasitəsilə onların özlərinə verilməsi məsələsi xeyli vaxtdır ki, müvafiq dövlət qurumları ilə müzakirə olunur. Məcburi köçkünlərin təşəbbüsü ilə qaldırılan və hazırda müzakirə olunan bu məsələ onların özlərinin xeyrinə olan ən səmərəli bir variantdır.
Burada əsas məqsəd məcburi köçkünlərin müstəqil həyat tərzinə uyğunlaşdırılması, torpaqlar işğaldan azad olunandan sonra onların qayıdıb öz torpaqlarında adaptasiya olunmalarına hazırlıq, məcburi köçkünlərin özlərində müəyyən iş vərdişlərinin, əlavə dolanışıq imkanlarının yaranması, dövlət büdcəsinin vəsaitinin qənaətlə istifadə olunması və israfçılığın qarşısının alınmasından ibarətdir”.
Qeyd edək ki, bu yaxınlarda millət vəkili Çingiz Qənizadə qaçqın və məcburi köçkünlərə verilən müavinətlərin plastik kartlarla ödənilməsini təklif edib.
Ç.Qənizadə deyib ki, belə olan halda büdcədən əlavə vəsaitlərin xərclənilməsi və mənimsənilmə faktlarının qarşısı alına bilər.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə dekabrın 7-də keçirilən Milli Məclisin iclasında çıxışı zamanı Çingiz Qənizadənin Azərbaycanda qaçqın və məcburi köçkünlərin statusuna yenidən baxılması, onlara kommunal xərclərin ünvanlı şəkildə ayrılması və bu sahədə Hesablama Palatasının aşkara çıxardığı yeyinti halları ilə bağlı çıxışına sərt reaksiya verib.
Ə.Həsənov qeyd edib ki, deputatların qaçqın və məcbur köçkünlərin statusları ilə bağlı açıqlamaları ciddi narazılıq yaradıb:
“Kimsə qaçqın və məcburi köpçkünlərdən danışırsa, indiki mövcud vəziyyəti bilib danışmalıdır. Ən azı heç olmasa, bu işi bilənlərə suallarla müraciət etməlidir. Son vaxtlar qaçqın və məcburi köçkünlərə qarşı hücumlar artıb. Bunun səbəbi nədir, mənə də aydın deyil. Bu insanlar ölkənin ən həssas təbəqəsidir. Amma yenə də ölkə başçısı əhalinin bu təbəqəsində xüsusi diqqət yetirir. Ona görə də qaçqın və məcburi köçkünlərin problemlərinə toxunarkən hamı diqqətli olmalıdır”.
Bütün bu çıxışlardan sonra Əli Həsənovun sədri olduğu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi deputat Çingiz Qənizadənin təklifini dəstəkləyən açıqlama yayıb:
Açıqlamada qeyd olunur ki, məcburi köçkünlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, onların istifadə etdikləri kommunal xidmətlərin dəyəri mərkəzləşmiş qaydada vahid plastik kart vasitəsilə özlərinə veriləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar