Sizin Reklam Burada
Xəbər lenti
19-06-2026
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

Kəmaləddin Heydərovun “Ağ Ev”i, qızıl otağı barədə AÇIQLAMA - FOTOLAR

Tarix: 14-12-2016 16:11     Baxış: 42 139 A- / A+
Kəmaləddin Heydərovun “Ağ Ev”i, qızıl otağı barədə

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Azərbaycanda və xarici ölkələrdə nəhəng biznes imperiyaları, saysız-hesabsız sərvəti barədə sensasion video yayılıb.

Manevr.az xəbər verir ki, bloqger Mehman Hüseynovun hazırladığı videoçarxda ən diqqət çəkan məqamlardan biri də nazirə məxsus olduğu iddia edilən nəhəng mülkdür. Qəbələ dağlarındakı həmin mülkün 15-20 milyon manata tikildiyi, ev əşyalarının qızıldan hazırlandığı bildirilir.

Eyni zamanda iddia olunur ki nazir bu mülkünü Ağ Evə bənzədib.

Sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilən bu materialla bağlı qarşı tərəfdən heç bir reaksiya verilməyib, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti susur.

Məsələ ilə bağlı Kəmaləddin Heydərova yaxınlığı ilə tanınan əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu BakiPost.az-a bildirib ki, deyilənlərin hamısı cəfəngiyatdır: "Mətbuatın əlinə yeni mövzu düşüb. Ona görə də bundan danışırlar. Amma bunların hamısı məşhur Piri Babanın nağıllarıdır. Müasir dildə desək isə cəfəngiyatdır”.

Şair nazirin çox xeyirxah adam olduğunu bildirib. Əlavə edib ki, bu məlumatı yayanlar, onu sevməyənlər, dövlətin qüdrətinə kölgə salmağa çalışan şəxslərdir.(BakiPost.az)

Kəmaləddin Heydərovun “Ağ Ev”i, qızıl otağı barədə
Kəmaləddin Heydərovun “Ağ Ev”i, qızıl otağı barədə
Kəmaləddin Heydərovun “Ağ Ev”i, qızıl otağı barədə
Kəmaləddin Heydərovun “Ağ Ev”i, qızıl otağı barədə

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar