Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Nikaha daxil olmaq istəyən 4358 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb

Tarix: 14-12-2016 11:50     Baxış: 3813 A- / A+
Nikaha daxil olmaq istəyən 4358 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb


"Bu il Azərbaycanda nikaha daxil olmaq istəyən 4358 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb".

Manevr.az xəbər verir ki, bunu Respublika Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov ilin yekunlarına dair hesabat tədbirində deyib.

C.Məmmədov qeyd edib ki, Mərkəzin Hemotologiya şöbəsində il ərzində 489 xəstə stasionar müalicə alıb: "Mərkəzin ümumi laboratoriyasında il ərzində 17500 nəfər proqram çərçivəsində müayinələrdən keçib. Bundan əlavə, 217 nəfərdə HLA uyğunluq müayinəsi aparılıb".

Mərkəz direktoru bildirib ki, 2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının aşkarlanmasında mühüm rol oynayıb: "Belə ki, aparılan bu müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır. 2016-cı il ərzində 134 656 nəfər müayinədən keçib. 4358 nəfərdə daşıyıcılıq aşkarlanıb. Bunlardan 32 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb ki, həmin şəxslərə də müvafiq məsləhətlər verilib".Trend

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar