Xəbər lenti 
					
 
		Siqaret pulunu yığıb helikopter düzəltdi -FOTO/ VIDEO
Qusar rayonu Samur qəsəbə sakini 67 yaşlı Mirzəxan İmamquluyev siqaretə xərclədiyi pulu yığaraq helikopter hazırlayıb.
Manevr.az-ın məlumatına görə, uzun müddət siqaret aludəçisi olan M.İmamquluyev 3 dəfə əməliyyat keçirdikdən sonra həkim məsləhəti ilə zərərli vərdişdən qurtulub. Ona xərclədiyi pula isə ehtiyat hissələri alaraq helikopter hazırlamaq qərarına gəlib.
İxtiraçı deyir ki, bunun üçün ona cəmi 10 il lazım olub: “10 il ərzində pula qənaət etmişəm. Həm də sağlamlığa da xeyri olub. Siqaretə verilən puldan isə helikopter ixtira etmişəm".
Helikopteri ayağa qaldırmaq isə hələ ki, mümkün olmayıb. Çünki bunun üçün lazım olan avadanlıqlar Azərbaycanda yoxdur.
67 yaşlı kişinin ixtiraları isə bununla kifayətlənmir. O, fındıq təmizləyən qurğu ixtirası ilə fındıqların təmizlənməsi işini asanlaşdırıb. Qurğu üçün avtomobilin ehtiyat hissələrindən istifadə edən ixtiraçı cihazı daha da təkminləşdirmək istəyir.
O, daha bir texnikanın üzərində çalışır. Belə ki, həmin cihazla həm ot biçmək, həm də yer şumlamaq mümkün olacaq.


ARB TV
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















