Xəbər lenti
Xocalı faciəsinin “Qar Qorxusu” yaddaşı
“Cəmiyyətin İnkişafında Vətəndaş Məsuliyyəti” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yeni layihə icra edir. Xocalı facəsinin 25-ci il dönümünü nəzərə alaraq təşkilat “Xocalı faciəsindən bəhs edən “Qar Qorxusu” adlı filmin çəkilişi və təqdimatının təşkili” adlı layihə ilə faciə qurbanlarını yad edir.
Manevr.az-ın məlumatına görə, layihədə nəzərdə tutulan “ Qar Qorxusu” filiminin çəkilişləri yekunlaşıb. Filmin səsləndirilmə və montaj işlərinin artıq başa çatmaq üzrə olduğu bildirilir. Filmin təqdimatının təşkili isə 2017-ci il Xocalı faciəsinin 25-ci il dönümü ərəfəsində həyata keçiriləcək. Filmin televizya yayımı da məhz faciə günü reallaşdırılacaq.
Filmin çəkilişlərindən bəhs edən Birlik rəhbəri Şəfəq Qədirli deyib ki, özünün də Xocalı rayon sakini olması və o faciəni yaşaması filmin çəkilişləri zamanı ağır emosianal yüklənməsinə səbəb olub. Lakin buna baxmayaraq filmin çəkilişlərində ictimaiyyətə verilməli olan mesajlar, vətənpərvərliyə çağırış ruhlu səhnələr üzərində xüsusi diqqətlə dayanılıb. Ş.Qədirli bildirib ki, müharibəyə hazır gənclərin yetişməsinə səbəb olacaq film və sujetlərin aktuallaşdırılması zamanın tələbidir.
Layihədə nəzərdə tutulan fəaliyyətlər qısa vaxt ərzində yüksək keyfiyyətlə həyata keçirilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar