Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan özünü kartofla tam təmin edəcək

Tarix: 11-12-2016 13:54     Baxış: 3363 A- / A+
Azərbaycan özünü kartofla tam təmin edəcək

Azərbaycanda sağlam kartof toxumçuluğu qurulması istiqamətində atılan addımlar uğurla nəticələnərsə, bu bitkiyə tələbat yaxın 2 ilə yerli istehsal hesabına ödəniləcək.

Manevr.az xəbər verir ki, bu barədə Virtualaz.org-a Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Hazırda Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda (ETİ-də) kartof toxumçuluğu laboratoriyasının yaradılması üçün görülən işlər yekunlaşmaqdadır. Bu məlumatı Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov "Azadlıq” radiosuna verib. O, avadanlığın son texnoloji yeniliklərə əsaslandığını deyib.

"Məqsəd – hüceyrə səviyyəsində virussuz kartof toxumları yetişdirməyə nail olmaqdır. Bu məqsədə yetişsək, xaricdən toxum alıb gətirməyə ehtiyac qalmayacaq. Üstəlik, yüksək məhsuldar kartof toxumlarından istifadə etməklə, 950 min tona çatan illik tələbat tam ödəniləcək”-İmran Cümşüdov deyib.
Kartof toxumçuluğu, əsasən, Tərəvəzçilik ETİ-nin Tovuz və Gədəbəy rayonlarındakı zona təcrübə stansiyalarında gəlişdiriləcək. Həmin stansiyalarda yetişdiriləcək toxumlar artırılmaqdan ötrü özəl toxumçuluq təsərrüfatlarına satılacaq.

Bu il ölkədə 880 min ton kartof yetişdirilib. Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, hər hektarın orta məhsuldarlığı 14 tondur. Kənd Təsərrüfatı Nazirliyində düşünürlər ki, gələcəkdə bu göstəricini, bölgədən və sortdan asılı olaraq, 30-40 tonadək çatdırmaq 2016-cı ildə əkin üçün tələb olunan kartof toxumunun bir hissəsi (2 min 757,3 ton) xaricdən gətirilib. Fermerlər, əsasən, Rusiya sortlarına üstünlük verirlər. Elə ərzaqlıq kartofun da əsas hissəsi (59 min ton) bu ölkənin payına düşür.

Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, bu ilin 9 ayında Azərbaycana Rusiya, İran, Pakistan, Türkiyə və başqa ölkələrdən 110 min ton - əvvəlki ildəkindən 29,2 min ton və ya 36 faiz çox təzə kartof gətirilib. İdxalın toplam həcmi 19,8 milyon ABŞ dolları dəyərindədir. Gömrük sistemindəki son şəffaflaşma bir ton kartofun sərhəddə 180,4 dollara və ya əvvəlkindən 8 dəfə baha rəsmiləşdirməyə yol açıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar