Xəbər lenti
2017-ci il üçün DƏHŞƏTLİ PROQNOZLAR
XVI əsrdə yaşamış böyük astroloqun bütün öngörüləri demək olar ki, gerçəkləşib.
Manevr.az ATV.az-a istinadən bildirir ki, Nostradamus 2015-2020-ci illərdə bəşəriyyətin məhv olma təhlükəsi qarşısında olacağını, 2017-ci ilin quraqlıq səbəbi ilə bir çox ölkələr üçün çətin keçəcəyini, su ilə bağlı təbii fəlakət yaşanacağını və bir sıra başqa təbii fəlakətlərin olacağını söyləyib.
Vanqanın 2017-ci ilə dair proqnozları
Dünyaya qəlbinin gözü ilə baxan kor münəccim 2017-ci il üçün dəhşətli proqnozlar səsləndirib. Buna səbəb isə insanların özü olacaq. Dövlətlər daxilində toqquşmalar, genişmiqyaslı müharibələr, bioloji silah tətbiqindən irəli gələn qorxunc xəstəliklər və ekologiyanın pisləşməsi. Konkret olaraq 2017-ci ildə müntəzəm olaraq bütün dünyanı bürüyəcək dəhşətli müharibənin başlanğıcı olacaq.
Pavel Qlobanın proqnozları
Müasirimiz, tanınmış astroloq Pavel Qloba 2017-i ildə əhəmiyyətli geosiyasi dəyişikliklər olacağını bildirib. Qloba ilk növbədə Avropa İttifaqından aparıcı dövlətlərin çıxışı ilə bağlı köhnə koalisiyaların dağılacağını söyləyib. 2017-ci ilin əvəlində Rusiya yeni iqtisadi alyans və siyasi birliklərin üzvü olacaq. Bu, Rusiyanın dünyadakı mövqeyini daha da gücləndirəcək.
Baxıt Umatovanın proqnozları
"Ekstrasenslərin döyüşü" proqramının finalçısı, öngörücü Baxıt Jumatova öz ölkəsi Qazaxıstanın 2017-ci ildə böhrandan çıxacağını söyləyib. Eyni zamanda, o, İŞİD-in dünyanı zəbt edə bilməyərək tezliklə yer üzündən silinəcəyini bəyan edib.Onun bütün proqnozları pozitiv deyil. Yaxın gələcəkdə dünyanın böyük hissəsi su altında qalacaq. İsrail, Əfqanıstan yox olacaq. Su basmış Yaponiyadan əhali Qazaxıstana köçəcək.
Ceyms Hansenin öngörüləri
Tanınmış klimatoloq Ceyms Hansenin fikrinə görə, 2017-ci ildə Yer kürəsini su basacaq, buzlar əriyəcək, qurunun böyük hissəsi sular altına qalacaq. Əgər insanlar ağıllı hərəkət etməsələr energetika balansının pozulmasına görə Yer kürəsini böyük miqaslkı fəlakətlər gözləyir. Bir çox canlı və bitki növləri məhv olacaq ki, bu da öz növbəsində dünyanın sonuna doğru aparacaq.
Digər astroloqların proqnozları
Yelena Petrovana Blavatskaya və Konstantin Eduardoviç Siolkovski kosmik eranın başladığını, 2012-ci ildə başlamış "qara beşilliyin" başa çatacağını və yeni ilin necə olacağının 2017-ci ildə insanla təbiət münasiətlərinin necə qurulacağından asılı olduğunu vurğulayıb.
Siolkovski öz növbəsində bildirib ki, 2017-ci il planetimizin xeyrinə olacaq yeni texnologiyalar və elmi açılışlar ili olacaq. 2017-i ildə təbii resursların qiymətləri yüksələcək. Faydalı qazıntıları çox olan ölkələrin iqtisadiyyatı yksələcək.
Bu proqnozlar nə dərəcədə doğrudur, bunu tezliklə biləcəyik. Lakin bir şey məlumdur. Bəşəriyyətin düşmənləri yad planetlilər deyil. İnsan özü özünə düşməndir. Sülh də, müharibələr də bəşəriyyətin öz əlindədir. Hara gedirik?
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar