Xəbər lenti
“Qıjı simptomu” nədir? – Qıjılıq bu analizlə təyin edilir
"Qıjı” sözünü eşidən kimi yəqin ki, ilk növbədə fikrinizə el arasında işlədilən insan tipi gəldi. Biz isə sizdə elmi tibdə həqiqətən mövcud olan simptom barədə məlumat vermək fikrindəyik.
Qıjı simptomu ("simptom paporotnika”) ginekoloji termin olub, uşaqlıq boynunun selikli qişasının kristallaşmasıdır.
Qadınlarda menstrual tsiklin 7-8-ci günündə servikal selikdən nümunəyə mikroskop altında baxsaq, orda qıjıotunun yarpaqları formasında mənzərə görülür. Elə bu görünüşünə görə, bu sindroma "qıjı” adı qoyulub.
Ovulyasiya anında qıjıkimi görünüş daha da maksimal həddə çatır. Bu görüntü xlorid natrium duzlarının selikli qişaya yapışaraq, kristallaşması ilə alınır.
Kimlərdə olur:
Menstruasiya görməyə başlayan qızlarda və qadınlarda. Daha çox estrogen hormonu yüksək olanda müşahidə edilir.
Getdikcə tsiklin sonuna yaxın azalır və itir.
"Qıjı” simptomunun aktivliyi qadınlarda sonsuzluq, hamiləlik və hormonal problemlərdə yumurtalıqların vəziyyəti və orqanizmdə estrogenin nə səviyyədə olmasınını göstərir.
Analiz üçün:
Uşaqlıq boynu kanalından selik materialı götürülür. Mikroskop altında kristallaşmaya baxılır. Eləcə də əgər selik 6-7 sm uzunluqda dartıla bilirsə, deməli orqanizm estrogenlə kifayət qədər doyub.
Sonsuzluq problemlərində follikul yetişməzliyi və sarı cisim yaranmadıqda, estrogen hormonunun miqdarının təyini vacibdir.
Estrogenin dəyişməsi prosesi ktistallaşmasını, yəni qıjı simptomunu artırır.
Qıjı sindromu analizi ilə ginekoloqlar yumurta hüceyrənin tsiklin hansı günündə çıxışını və estrogenlə progesteronun bir-birinə təsiri və miqdarını təyin edə bilər.
Qıjı yarpaq görüntüsündə dalğavari xarakter aşkar olunursa, yumurtalıqların funksiya pozğunluğu diaqnozu qoyulub, müvafiq hormonal müalicə təyin edilir.
Azərbaycanda bu müayinə və analiz aparılır və ginekoloqların sonsuzluq, yumurtalıqların problemi və ovulyasiya diaqnostikasında istifadə etdiyi metoddur.
Odur ki, Qıjı və qıjıkimilər heç də göydəndüşmə söz deyil və elmi cəhətdən onun də izahı var. Amma elmi tibbi baxımdan bu termini kişilərə aid etmək olmur./bakupost
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar