Xəbər lenti 
					
 
		Ayda dəfn olacaq

Amerika Federal Aviasiya Administrasiyasının özəl şirkətlərdən birinə Aya kosmik vasitə göndərmək üçün icazə verməsinin ardından “Moon Express” şirkəti 2017-ci ildə Aya səyahət çantası böyüklüyündə kapsul göndərməyi planlaşdırır.
“Qafqazinfo” Azərtac-a istinadla xəbər verir ki, iki həftə ərzində Ayda təcrübələr həyata keçirəcək, dünyaya yüksək keyfiyyətli təsvirlər göndərəcək bu kapsulun sahibi olan şirkət, eyni zamanda, 2017-ci ildən etibarən öldükdən sonra yandırılan insanların külünü də dəfn etmək üçün Aya daşımağa başlayacaq.
“Moon Express”lə əməkdaşlıq müqaviləsi imzalayan “Celestis” şirkəti artıq internet səhifəsində Ayda dəfnin qiymətlərini dərc edib. Tariflərə görə, şirkət külün bir qramını 12,5, üç qramını 25 min, yeddi qramını isə 50 min ABŞ dolları qiymətinə daşıyacaq.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















