Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qadın orqazmı tədqiqatı - #100Qadın 2016

Tarix: 07-12-2016 21:16     Baxış: 4356 A- / A+
Qadın orqazmı tədqiqatı



Siz ola bilsin ki, qadın orqazmı haqqında qadın jurnallarından agah olmusunuz, amma alimlərdən yox. Lakin, tədqiqatçılar yavaş-yavaş onu öyrənməyə başlayırlar və tez-tez onların qənaətləri ilə məsləhət xarakterli köşə yazıları təzad təşkil edir.
Problemin bir hissəsi kimi onlar, qadın bədəninin kişi bədəninə nisbətən daha az öyrənilməsi və daha az qavranılmasını göstərirlər.


"Mən bunu alov halqası adlandırıram. Ayaqlarımın arasında sanki alov hiss edirdim və bu dərhal hiss olundu - qaşınan yanıq yeri kimi bir şey. Cinsi münasibət zamanı və ya tampon istifadə edərkən o, bıçaq kimi kəsirdi. Çox ağrılı idi."
San Francisco-da yaşayan moda stilisti Callista Wilson bunu ilk dəfə 12 yaşında tampon istifadə edərkən hiss edib. Həkimə isə 20 yaşlarında müraciət edib.

"Həkim nəyinsə qaydasında olmadığına inana bilmirdi," Callista deyib. "O, mənə dedi: 'Mənə görə sən normalsan və təklif edirəm ki, bu ağrını gedib terapevt ilə müzakirə edəsən.' "


Callista Wilson problemini həll edənədək 20 həkim görməli olub

Callista-ya düzgün diaqnoz qoyulması üçün 10 il vaxt lazım olub.

Bu müddət ərzində yaşadığı cinsi problemlər, həyatının hər bir anına təsir edib, nəticədə depressiya da yaşayıb və hətta, sevgilisindən ayrılıb. Nəhayət ki, 20 fərqli həkim yanında olduqdan sonra, o, Vaşinqtonda yerləşən Vulvovaginal Pozğunluq Mərkəzinin direktoru Dr. Andrew Goldstein ilə görüşür.

Qadın orqazmı tədqiqatı

O, Callista-ya deyib ki, sənin vaginaya bitişik sinir ucların normaldakından 30 dəfə çoxdur və buna görə də vaginana toxunulduqda yanma hissi yaşayırsan. Bunun əlaci isə vagina ağzındakı dərinin götürülməsidir. Yalnız, bundan sonra, o, ağrısız cinsi münasibətdə ola biləcək.

Anadangəlmə nevroproliferativ vestibulodina adlanan bu problem az rast gəlinəndir. Tədqiqatçılar belə qənaətə gəliblər ki, cinsi orqandakı sinir sistemi bir qadından digərinə tamamilə fərqlənir.

New Yorkda işləyən ginekoloq Dr. Deborah Coady mövzu üzrə məşğul olmağa başladıqda kişi cinsi orqanı sinirlərinin tam tədqiq olunduğu halda, qadın cinsi orqanı sinirləri ilə bağlı heç bir məlumat ilə qarşılaşmır. Beləliklə o, mütəxəssis cərrahlardan ibarət komanda qurur və işi öz üzərinə götürür və çox maraqlı nəticələr əldə edir.

Qadın orqazmı tədqiqatı

"Biz, cinsi - pudendal sinirlərin hər hansı iki qadında tamamilə başqa olduğunu aşkar etdik," Coady deyib.
"Bədən boyu sinirlərin hərəkəti fərqli seksuallığa gətirib çıxarır, yəni bir qadın üçün həssas olan hissələr digəri üçün olmaya bilər."

Pudendal sinir orqazmın baş verməsi üçün ən vacib sinirdir - cinsi orqanları beyinə bağlayan sinir odur - və toxunuş, təzyiq və cinsi münasibət mesajlarını bədənə göndərir.

Coady həmçinin, hər qadın beş erogenon zonada - klitor, vagina ağzı, serviks, anal və perineum - fərqli sayda sinir ucluğuna malik olduğunu aşkar edib.

"Bu da niyə bəzi qadınların klitor hissədə, bəzilərinin isə vagina ağzında daha həssas olduğunu isbat edir."

Bu, eyni zamanda, qadın jurnallarında dərc olunan ümumi seks məsləhətlərinin faydasız olduğuna aydınlıq gətirir.
"Jurnalda yazılanlar qadınların əlli faizinə təsir edə bilər," Coady vurğulayıb. "Amma qalan digər qadınlara isə bu, - anatomik quruluş və sinirlərin insana görə dəyişməsi faktına görə - təsir etməyəcəkdir."
Başqa bir mifi isə Austin-də yerləşən Texas Universitetinin, Dr. Cindy Meston-a məxsus psixofiziologiya laboratoriyası yox edib.

Laboratoriya sözünü eşitdikdə insanın ağlına, çoxlu ağ və sərt səthlər, parlaq işiqlar və mikroskoplar gəlir, amma bu laboratoriya tamamilə başqa cürdür".
Meston-un tədqiqatında iştirak edən adamlar, bənövşəyi rəngli dəri divanda oturur və televizorda başqalarının cinsi əlaqə videolarını izləyirlər.

Dr. Meston (sağda) vaginal fotopletismoqrafın istifadə qaydasını izah edir

Qadın orqazmı tədqiqatı


Yandakı otaqda isə Meston, onların ürək döyüntülərini və cinsi orqanlarına gedən qan axınını vaginal fotopletismoqraf ilə gözdən keçirir.

Təxminən 5 sm uzunluğunda olan bu cihaz demək olar ki, tampon ölçüsü və formasındadır və vaginaya yerləşdirilir. İşə salınarkən ondan işıq çıxır və əks olunan işıq əsasında alimlər, vagina toxumalarına nə qədər qan axdığını və eləcə də, qadının nə qədər qızğın olduğunu müəyyən edirlər.

Meston-un araşdırmalarının nəticələri tabuları yox edir. "Bizə illərcə cinsi əlaqədən qabaq vanna qəbul etməyi, sakitləşməyi, ruhu oxşayan musiqi dinləməyi, dərindən nəfəsalma məşğələləri etməyi və rahat olmağı məsləhət görüblər," o deyib.

Qadın orqazmı tədqiqatı

"Lakin, mənim araşdırmam əksini göstərir."

"Parkda qaçarkən istəyirsən ki, tərəf müqabilin sənin ardınca qaçsın, və ya qorxulu filmi birgə izləmək istəyirsən, birlikdə karuselə minmək və komediyaya baxmaq istəyirsən. Əgər iki insan eyni şeyə gülməyi bacarırsa, demək ki, onların cinsi münasibəti daha simpatik olacaq."

Meston simpatik sinir sistemini nəzərdə tutur. Bu sistem, bizim ürək döyüntüsü və qan təzyiqi kimi uçuş və ya dava rejiminə hazır olmaq üçün şüuraltı əzələ daralmasını tənzimləyir. Meston, cinsi əlaqəyədək aktiv olan qadınların, daha intensiv və cəld reaksiya verəcəyini aşkar edib.

Kişilərdə isə bu, tam əksinədir. İllər boyu bu, qadınlar da eyni qəbul edilsə də, Meston-un işi bunun yanlış olduğunu göstərdi.

Andrew Goldstein tələbəlik illərindən qadın bədəni və qadın seksuallığının düzgün başa düşülmədiyini bilirdi.
"Mən mamalıq və ginekologiya üzrə 20 min saatlıq rezidentura keçmişəm," o deyib. "Qadın cinsi funksionallığı ilə bağlı bir 45 dəqiqəlik leksiyada iştirak etmişəm və həmin 45 dəqiqə ərzində deyilənlərin tamamilə səhv olduğunu deyə bilərəm."
O əlavə edib: "Qadınlarda cinsi problemlərə, kişilərdəki hər hansı bir cinsi disfunksiyaya verilən qədər önəm verilməyib. Məncə, burada açıq ikili standart mövcuddur. Təəssüf ki, kişilərin seksual disfunksiyasını görmək çox asandır. Əgər ereksiya problemi varsa, bunu görə biləcəksən, amma qadınlardakı disfunksiyalar qapalıdır. Onlara, bunun beyin ilə əlaqəli olduğu söylənilib."
Meston deyir ki, qadın seksual həzzi - qadın orqazmını araşdırmaq üçün heç kim mailliyə dəstəyi göstərmək istəmir. Bu, "kifayət qədər əhəmiyyətli sosial problem" kimi görünür. O, həm də bu növ tədqiqat ilə bağlı tibb üzrə puritan formada nifrətin şahidi olur.

"Çoxlu konservativ şərhçilər pul vəsaitinin seks tədqiqatına sərf olunmasını istəmir və buna görə də, seks tədqiqatçısı kimi bir az yaradıcı olmağa məcbursan," o söyləyib. "Mənə anındaca təklifimdən "seks"-i çıxarmağı söylədilər. Onlar mənə dedilər: 'Sən rifah və evlilikdəki məmnuniyyətdən danışa bilərsən, lakin seksual qızışma və ya orqazmdan danışmaq, maliyyə dəstəyi almağına mane olacaq."
Mestonun, hətta bir dəfə təqaüdçü akademiklərə mühazirə oxumaq üçün dəvət aldığı halda, Qadın Seksuallığı reklamından sonra, "dəvəti aradan qaldırılıb."

"Qadının seksual həzzindən danışacağımız üçün son dərəcə gərginlik yaşadıq və təzyiq gördük," o deyib. "Mən dəhşətə gəlmişdim, həm də təhqir olunmuşdum. Həqiqəti söyləmək məni üzdü. Sanırdım ki, insanlıq bu mərhələni aşıb."
Callista Wilson, uzun illər yaşadığı ağrıya son qoyan tədqiqatın aparılmasında çətinliklər olduğunu öyrəndikdən sonra nə hiss etdi?

"Hər kəs vaginadan çıxaraq doğulur, belə isə niyə bu haqda daha çox öyrənməməliyik?" o bildirib.
"Niyə bu qədər biganə yanaşırıq? Niyə bu sahəyə daha çox yatırım edə bilmirik? Daha çox araşdırma, maliyyə dəstəyi və müzakirələr kişilər və qadınlar üçün çox faydalı olacaq. Bu hər kəsə yalnız fayda verəcək."(BBC Azərbaycan)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar