Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Dövlətqaçqınkom” bəzi köçkünlərə verdiyi evləri geri alıb

Tarix: 06-12-2016 19:31     Baxış: 4390 A- / A+
“Dövlətqaçqınkom” bəzi köçkünlərə verdiyi evləri geri alıb

2015-ci ilin noyabrında Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi bəzi məcburi köçkünlərə evlərinin əlindən alınacağı ilə bağlı xəbərdarlıq etmişdi. Xəbərdarlıq bir neçə yerdə evi ola-ola, məcburi köçkünlər üçün salınan qəsəbələrdə də qeydiyyata düşənlərə şamil edilirdi. Bildirilirdi ki, vətəndaşlar 10 gün müddətində həmin mənzillərdə yaşayışı təmin etməsələr və yaxud təhvil verməsələr, onlara yemək xərci müavinətləri, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişlər müvəqqəti dayandırılacaq və mənzillərdə yaşayış bərpa edildikdən və ya təhvil verildikdən sonra bərpa ediləcək.

Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsindən məsələyə rəsmi münasibət bildirilməsə də, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov Modern.az-a bu barədə məlumat verib. O deyib ki, həmin qərarla bağlı icra mexanizmləri tam olaraq həyata keçirilməyib:

“Bəzi qəsəbələrdə evlər məcburi köçkünlərin əlindən alınaraq ehtiyacı olan məcburi köçkünlərə verildi. Məsələ burasındadır ki, qərar yalnız bir neçə qəsəbədə bir neçə ailəyə şamil edildi.
Elə məcburi köçkünlər var ki, paytaxtda və digər ərazilərdə mənzil sahibidirlər, amma məcburi köçkün kimi hər hansı bir qəsəbədə də qeydiyyatdadırlar. Bu baxımdan onlara da dövlət tərəfindən ev verilib. Çox vaxt həmin evlərin ya qapısı bağlı qalır, ya da başqa şəxslər həmin evlərdən istifadə edir. Bir çox məcburi köçkünlər isə olduqca ağır vəziyyətdə yaşayırlar”.

V.Qədirov qərarın tam icrasının tərədarıdır:

“Bizim kifayət qədər məcburi köçkünlərimiz var ki, onların şəraiti normal deyil. Elə köçkünlər də var ki, onların şəhərin bir neçə yerində evləri var. Hətta köçkün kimi yeni salınan qəsəbələrdə də mənzil sahibidirlər. Arzu ediləndir ki, hər bir məcburi köçkün yeni salınmış qəsəbələrdə evlə təmin olunsun. Yüksək imkana malik məcburi köçkünlərdən isə anlayış göstərmələri, ehtiyacı olanların həmin mənzillərdə yaşamasını təmin etmələrini istərdim”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar