Xəbər lenti
QAT sədri “Ölüm batalyonu”nun yaradıcısı ilə bağlı müraciət etdi - "Cavan olub ... "
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Ölüm batalyonu”nun yaradıcısı Tahir Bayramovun oğlu ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib.
Müraciətdə bildirilir ki, T.Bayramovun cinayət işinə ədalətlə baxılması vacibdir:
“Qarabağ müharibəsi dövründə “Ölüm batalyonu”nun yaradıcısı olmuş, dörd il qəhrəmanlıqla vuruşmuş, dəfələrlə yaralanmış Qarabağ döyüşçüsü Tahir Bayramovun oğlu Bayramov Zahir Tahir oğlunun taleyi ilə bağlı sizə müraciət edirik. Zahir Bayramovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2014-cü il tarixi qərarı ilə 11 il 3 ay həbs cəzası müəyyən edilib. Onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 120.2.7-ci maddələri əsasında ittiham ediblər. Biz onun təqsirsiz olduğunu demirik. Lakin ona həddindən artıq, törətdiyi hərəkətə uyğun gəlməyən cəza verilib. O, bir neçə nəfərin iştirak etdiyi davaya qoşulub, heç kəsin həyatına qəsd etməyib, qəsd etmək niyyətində də olmayıb, heç kəsə heç bir ciddi xəsarət yetirməyib, cavan olub, beyni qan olub, başa düşməyib. Xahiş edirik ki, Zahir Bayramovun cavan olmasını, 2 əmisinin Qarabağ döyüşlərində şəhid olmasını, ailələrinin ağır durumda olmasını və Zahir Bayramovun valideynlərinin iş qüvvəsi olmamasını, 2 bacısının hələ də ailə qurmadığını, azadlığa cıxarsa, cəmiyyətə daha çox xeyir verə biləcəyini, onun atası Tahir Bayramovun vətən qarşısında xidmətlərini, Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşmasını, dəfələrlə yaralanmasını nəzərə alasınız. Zahir Bayramovun azadlığa çıxması üçün köməyinizi əsirgəməyəsiniz. Müraciətimizə diqqətlə yanaşacağınıza inanırıq”.(musavat.com)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar