Sizin Reklam Burada
Xəbər lenti
19-06-2026
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

“Qadına vurma, vurul!” aksiyası keçirilib

Tarix: 04-12-2016 19:52     Baxış: 3376 A- / A+
“Qadına vurma, vurul!” aksiyası keçirilib

Bu gün “Park Bulvar”da “Təmiz dünya” İctimai Birliyinin təşkilatçılığı ilə xeyriyyə tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir “Uşaq gülüşlərini yaşadaq!” devizi altında baş tutub. Tədbirdə Milli Məclisin keçmiş deputatı Gülər Əhmədova, “Təmiz dünya”nın rəhbəri Mehriban Zeynalova, media nümayəndələri, sənətçilər və holdinq rəhbərləri iştirak ediblər.

Təşkil olunan görüşdə “Qadına vurma, vurul!” yazılmış plakatlar açılıb. Milli kampaniyada 2017-ci ilin qadın hüquqları ilə bağlı elçisi Ruhi Əliyeva çıxış edib. O, qeyd edib ki, hazırda dünyada qadınların 70 faizi fiziki zorakılığa məruz qalır:

“Media, televiziya onlara diqqət göstərməli, bu mövzulara yer ayırmalıdır. Şiddətin səbəbkarı çox zaman kişilər olur. Buna görə də burada məhz “Qadını vurma, vurul!” şüarı qaldırmışıq. Güman edirəm ki, bu aksiya Azərbaycanda qadınlara qarşı zorakılığın qarşısının alınmasında ciddi addım olacaq. Şiddətin qarşısını almaq 1 günün işi deyil, bunun üçün bütün cəmiyyət var qüvvəsi ilə səfərbər olmalıdır. 1 qadına qarşı zorakılıq, təkcə ona deyil, bunu eşidən bütün qadınlara təsir edir”.

Gülər Əhmədova isə çıxışında qadınlara səslənib, onları birgə olmağa çağırış edib: “Oğlan dünyaya gətirən bütün analar övladlarını düzgün tərbiyə etməlidirlər”.

Tədbirin aparıcıları Fira Cəlilova, Samir Bayramov olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar