Xəbər lenti 
					
 
		“Yalvarıram, bu körpələrə rəhm edin” - Mehriban Əliyevaya müraciət

Ucarın Qazyan kənd sakini Cəfərova Könül Zakir qızı Politika.Az-a yazıb. Müraciət müəllifi qeyd edir ki, həyat yoldaşı Qafarov Yaşar Məsid oğlu 17 iyun 2016-cı il tarixdə sərxoş vəziyyətdə evimizə od vurub yandırıb:
“Yanğın nəticəsində evimiz içindəki bütün əşyalarla birlikdə tamam yanaraq kül olub. Həyat yoldaşım içki düşkünü idi. Bizi tez-tez döyürdü, incidirdi. Hətta bir dəfə ondan boşanmaq üçün məhkəməyə müraciət etmişdim”.
Onun sözlərinə görə, bundan sonra yoldaşı içkini atmağa söz verib: “Buna inanıb boşanma ərizəmi geri götürdüm. Bir müddət sonra yenə içib bizi döyməyə başladı. Bacımın evində olan zaman həyat yoldaşım Yaşar evə od vurub yandırdı.
Hazırda onu həbs edib barəsində cinayət işi açıblar. Boşanmaq üçün ərizə ilə məhkəməyə müraciət etmişəm. Allah heç bir qadına belə bir əyyaş, yaramaz həyat yoldaşı qismət etməsin”.
Şikayətçi bildirir ki, iki azyaşlı uşaqlarla qohumların evində qalır: “Heç bir maddi imkanımız yoxdur. Övladımın biri 12 yaşlı Vahid şəkər xəstəsidir, buna görə ona 2-ci qrup əlillik dərəcəsi təyin edilib.
Heç bir yerdə işləmirəm, heç bir yerdən köməyimiz yoxdur. Hər iki övladım orta məktəb şagirdləridir. Uşaqların bütün dərs ləvazimatları, paltarları da yanıb ki, məni ən çox narahat edən budur.
Azyaşlı qızım Firuzə deyir ki, “ana, narahat olma, Prezident cənab İlham Əliyev və Mehriban xanım Əliyeva ev, paltar alınmasında bizə köməklik edəcəklər”.
Buna görə də göydə Allaha, yerdə də Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya ümidimiz qalıb. Yalvarıram, çöllərdə qalmış bu iki azyaşlıya rəhm edib evlə təmin olunmağımıza kömək edəsiniz”.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















