Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu televiziyanın işçiləri maaşlarını almaq üçün etiraza qalxdılar - ÖZƏL

Tarix: 02-12-2016 17:17     Baxış: 5379 A- / A+
Bu televiziyanın işçiləri maaşlarını almaq üçün etiraza qalxdılar


“İnterAz” televiziya kanalı və “Salamnews” informasiya agentliyinin əməkdaşları növbəti dəfə maaşlarının verilməməsinə etiraz ediblər.

Bu barədə Publika.az-a “Salamnews”-dan məlumat daxil olub.

Məlumatda deyilir ki, bu yaxınlarda “İnterAz” televiziya kanalı və “Salamnews” informasiya agentliyinin 15-ə yaxın əməkdaşı şirkətin rəhbəri Hacı Mətləb Bağırova müraciət edərək, maaşlarının verilməməsinə etirazlarını bildiriblər.
İşçilər artıq 4 aydır ki, maaşlarının verilməməsindən şikayətləniblər. Onlar qeyd ediblər ki, “İnterAz” və “Salamnews”da çalışan işçilər sonuncu dəfə avqust ayının maaşını alıblar:

“Həmin vaxtdan bəri maaşlar verilməyib. Maaşını tələb edən işçiləri isə dərhal işdən çıxarırlar”.

İşçilərin narazılıq etdiyi digər məsələ isə “İnterAz” TV və “Salamnews” agentliyi icraçıları arasında ciddi fikir ayrılığının olması ilə bağlı olub. Bu etirazdan sonra Hacı Mətləb Bağırovun müavini Rəşad Dadaşov həmin işçiləri dinləmək üçün iclas keçirib. İclasda “İnterAz”ın baş redaktoru Kamalə Əliisgəndərqızı, Ülkər Qasımqızı, Səbuhi Əhmədov, Aynur Bayramova, Ceyhun Rzayev, Nazilə Xaqani, Fərid Cəlali, Rafiq İsmayılov, Nərgiz Ərəstunqızı, Gülnar Şakirqızı, İlkin Nadirov, İlkin Amanov, Zaur İsayev və digər əməkdaşlar da iştirak edib.

R.Dadaşov etiraz edən işçilərə sərt şəkildə xəbərdarlıq edərək bildirib ki, kimsə maaşın verilməsindən narazılıq etsə, dərhal işdən qovulacaq. O, bunu M.Bağırovun tapşırığı kimi əsaslandırıb.

Əldə etdiyimiz digər məlumata görə isə bu ilin oktyabrında “Azərspace 1” peykində yayımı dayandırılan “İnterAz” TV-nin peyk yayımı ilə bağlı 75 min dollar borcu yaranıb. Həmin vaxtı “İnterAz” televiziya kanalı peyk yayımının dayandırılması ilə bağlı xəbərləri təkzib edərək, bunun texniki məsələlərlə bağlı olduğunu, hətta, bir neçə günə peyk yayımının bərpa olunacağını bildirib. Ancaq 2 ay vaxt keçməsinə baxmayaraq, “İnterAz”ın “Azərspace 1” peykində yayımı hələ də bərpa olunmayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar