Xəbər lenti
Ağcabədi “MERO”sundan şikayət – texniki baxış üçün 30 manat rüşvət

Ağdam rayon Kiçikli kənd sakini (Üçoğlan ərazi vahidi) Əliyev Şahin Qədir oğlu redaksiyamıza Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisinin Ağcabədi Regional Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsi ilə bağlı şikayətlə müraciət edib. Ş. Əliyev bildirir ki, o, avtomobilini sözügedən idarədə texniki baxışdan keçirmək istəyərkən ondan dövlət rüsumundan əlavə rüşvət istənilib. Şikayətçi bildirir ki, şöbənin məsul şəxsi polis mayoru Yusif Qasımov 20 manat dövlət rüsumunun əvəzinə ondan 50 manat pul tələb edib. Həmin məbləği ödəmədiyi üçün vətəndaşın şəxsi avtomobilini texniki baxışdan keçirməkdən imtina ediblər.
Şahin Əliyevin sözlərinə görə, avtomobillərin hansı vəziyyətdə olmasından asılı olmayaraq bu vəsait istisnasız olaraq hər kəsdən alınır: “Belə olan halda avtomobilləri heç texniki baxışdan da keçirmirlər, bütün proseslər formal olaraq kağız üzərində “həll edilir””.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar