Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qazlaşdırılmayan kəndlərə güzəşt? - Limit yenidən gündəmdə

Tarix: 19-05-2019 17:33     Baxış: 3264 A- / A+
Qazlaşdırılmayan kəndlərə güzəşt? - Limit yenidən gündəmdə

Azərbaycanda elektrik enerjisinin istifadəsinə tətbiq olunan limitin artırılması barədə müzakirələr gedir.

Məsələnin Milli Məclisdə müzakirə olunacağı gözlənilir. Qeyd edək ki, bir müddət əvvəl Tarif Şurası tərəfindən təbii qaza olan limitə yenidən baxılaraq, mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilib. Xatırladaq ki, Tarif Şurasının qərarına uyğun olaraq, 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1 700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1 700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanırdı.

İndi oxşar qərarın elektrik enerjisinə tətbiq olunması məsələsi gündəmdədir. Qeyd edək ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisinin tarifi 300 kilovat-saatadək 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Bu gün Azərbaycanın elə kəndləri və əraziləri var ki, orada təbii qaz yoxdur. Əhali təbii qaza olan tələbatını ya elektrik enerjisi ilə, ya odunla, ya da istifadəsi qanunsuz olan qaz balonları vasitəsilə ödəyir. Hələlik bu kəndlərdə yaşayan əhaliyə təbii qazdan çox, vədlər verirlər. Qazdan isə əsər-əlamət yoxdur. Məlumdur ki, meşələrdən odun tədarükünə də icazə verilmir. Amma buna baxmayaraq, qazsız kəndlərə yaxın olan meşələr demək olar ki, gizlin şəkildə qırılır. Bir qisim kənd əhalisi də həyətyanı sahədə əkdiyi meyvə ağaclarını kəsib odun tələbatını qarşılamağa çalışırlar. Oduna ehtiyac çox olsa da, artıq onun tapılması da, alınması da müşkülə çevrilib. Bir maşın odun, təqribən 200-300 manat civarında satılır. Maddi durumu ağır olan əhalinin çox hissəsi vəziyyətlə məcbur barışıb qışı odunsuz keçirir. Təbii qazın, neftin bol olduğu ölkədə ucqar dağ kəndlərinə, eləcə də yeni yaşayış komplekslərinə qazın nə üçün verilməməsi isə ayrıca bir mövzudur.

Regionlarda yaşayan bir qrup əhali də var ki, təbii qaz olduğu halda, ondan imtina edirlər. Onlar bunun səbəbini təbii qaz tariflərinin yüksək olması ilə əlaqələndirirlər. Qazsızlıq problemi tək ucqar dağ kəndlərində yaşanmır. Bu gün paytaxt Bakıda da analoji problemlə yaşayan vətəndaşlarımız var. Yeni tikilmiş hündürmərtəbəli binalarda, eləcə də yeni salınmış şəhərciklərdə təbii qazla təchiz olunmayıb. Burada yaşayan sakinlərin çoxunun evində mərkəzləşdirilmiş istilik sistemi olmadığından onlar yaşayış yerini elektrik enerjisi hesabına qızdırırlar. Bu da kifayət qədər böyük həcmdə əlavə maliyyə vəsaiti deməkdir. O cümlədən, müxtəlif rayonların ərazisində yerləşən pansionatlar var ki, orada da təbii qaz yoxdur. Sakinlər təbii qaz tələbatını elektrik enerjisi hesabına təmir edir.

Maraqlıdır, bu qrup əhali qrupları üçün xüsusi elektrik enerjisi limiti verilməlidirmi?

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, hazırkı şərtlər daxilində Azərbaycanda iki qrup istehlakçı var:
Qazlaşdırılmayan kəndlərə güzəşt? - Limit yenidən gündəmdə

“Bunlardan biri təbii qaza və elektrik enerjisinə çıxışı olan istehlakçılar, digərləri isə yalnız elektrik enerjisinə çıxışı olan istehlakçılardır. Təbii qaza və elektrik enerjisinə çıxışı olan istehlakçılar bu gün dövlət tərəfindən müəyyən edilmiş güzəştli qiymətlərlə satış limitlərinin hər ikisindən istifadə edirlər. Amma qazlaşdırılmamış rayonlar, eləcə də paytaxtda adı qazla təmin olunmuş ərazi kimi gedən, lakin faktiki olaraq, “mavi yanacağ”ın olmadığı müəyyən qəsəbələrdə, eləcə də yeni tikilən şəhərciklərin əksəriyyətində (dövlət tərəfindən təhvil alınmadığı üçün) qaz təminatı yoxdur. Bu kateqoriyaya daxil olan istehlakçılar yalnız elektrik limitinin imkanlarından istifadə edə bilir. Bu da yerli istehlakçılar arasında xərclər disbalansının yaranmasına gətirib çıxarır. Bir az da dərinə getsək, burada müəyyən qədər diskriminasiya da var. Ona görə də, daha yaxşı olar ki, hər iki enerji növü üzrə limitlər ləğv olunsun. Çünki Azərbaycanın buna imkanları var”.

Ekspert hesab edir ki, əgər limitlər ləğv olunmursa, abonentlər iki kateqoriyaya ayrılmalıdır:

“Hər iki enerji növünə və yalnız bir enerji növünə çıxışı olan müştərilər. Əgər vətəndaş yalnız elektrik enerjisindən istifadə edə bilirsə, bu zaman avtomatik olaraq, onun üçün müəyyənləşdirilən elektrik enerjisinin limiti ən azı iki dəfə artırılmalıdır. Tutaq ki, bir ailə üçün aylıq 300 kilovat-saat elektrik enerjisi nəzərdə tutulursa, bu limit 600 kilovat-saata qədər artırılmalıdır.

Elə ailələr var ki, cəmi iki nəfərdən ibarətdir və onlar yalnız güzəştli qiymətə enerji istehlak edir. Bəzi ailələr də var ki, orada ailə üzvlərinin sayı çoxdur və təbii olaraq, onların tələbatı da artıqdır. Belə olan təqdirdə onlar daha çox elektrik enerjisi istehlak etmək məcburiyyətində qalır. Bu da, son nəticədə ailənin yüksək qiymətlərlə elektrik enerjisini və yaxud da təbii qazı istehlak etməsinə gətirib çıxardır. Yəni bunun abunəçiyə tətbiq edilməsində kifayət qədər problemlər var. Hesab edirəm ki, elektrik enerjisinə limitin ləğv edilməsi daha məqsədəuyğundur. Ləğv edilməsə belə, limitin artırılmasına ehtiyac vardı. Bu, heç də dövlət büdcəsindən ayrılan subsidiyaların həcminin artırılmasına gətirib çıxarmamalıdır. “Azərenerji”nin və “Azərişıq”ın fəaliyyətlərində çox böyük nöqsanlar var. Bu, 2018-ci ildə Mingəçevir Elektrik Stansiyasında baş verən qəzada da özünü göstərdi. Həmin dövrə qədər 6-7 milyard xərc çəkilsə də, çox təəssüf ki, Azərbaycanın enerji təchizatı infrastrukturunun riskə çox açıq olduğu məlum oldu. Araşdırmalar göstərdi ki, əslində, bu istiqamətə xərclənən vəsaitlərin əhəmiyyətli bir qismi korrupsiya predmetinə çevrilib. Əminəm ki, Azərbaycanda enerjinin qiyməti bu gün aidiyyəti qurumların təqdim etdiyi səviyyədə deyil, daha aşağıdır. Hesabatlılıq, şəffaflıq artmalıdır, satınalmalarda nəzarət mexanizmi gücləndirilməli və satınalmalarda informasiya axını sürətlənməli və ictimai nəzarət üçün imkanlar yaranmalıdır. Belə olduğu təqdirdə, istehsal olunan enerjinin maya dəyəri kifayət qədər aşağı düşür ki, bu da bugünkü şərtlər daxilində limitin artırılması üçün əsas baza olmalıdır. Yəni foks bir büdcədən daha çox dotasiya, subsidiya, qrant və.s. almağa yönəlməməlidir”.

Təbii qazı olduğu halda, ondan istifadədən imtina edən əhali qrupuna gəlincə, Rəşad Həsənov qeyd edib ki, istehlakçının qazdan imtina edib elektrik enerjisinə üstünlük verməsi tamamilə yanlışdır:

“Elektrik enerjisi ilə müqayisədə, Azərbaycanda təbii qaz bir neçə dəfə daha ekonomik enerji növüdür. Təbii qazdan imtina savadsızlıqdan və ya məlumatsızlıqdan baş verən hal ola bilər. Amma əgər abonent qazdan imtina edib odun və digər alternativ enerjidən istifadə edirsə, bu, tamamilə başqa bir məsələdir. Məlumdur ki, həm yerli icra strukturları, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən qədər ölkənin faunasının korlanması problemi ilə mübarizə aparır. Əgər insanlar hansısa formada öz təsərrüfatları və ya imkanları hesabına yanacaq məqsədilə odun tələbatını təmin edə bilirsə, bu zaman onların digər ödənişli enerji növlərindən istifadə etməsinə gərək qalmır”.

Analitik onu da qeyd edib ki, hazırda qaçqın və məcburi köçkünlər üçün limit nəzərdə tutulub:

“Dövlət tərəfdən tikilənlə mənzillərlə təmin olunmayan və xüsusi ilə də ümumi yaşayış yerlərində məskunlaşan məcburi köçkünlərə limitlər verilir. Limitlər “Azərişıq” ASC-nin yox, dövlət büdcəsi hesabına verilir”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar