Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dövlət idarəsində süpürgəçi işləyən şəhid bacısını təhqir edib, qovdular - FOTO

Tarix: 28-11-2016 19:35     Baxış: 3418 A- / A+
Dövlət idarəsində süpürgəçi işləyən şəhid bacısını təhqir edib, qovdular

Bakı Abadlıq Xidməti MMC şəhid bacısını işdən qovub.

Bu barədə BakiPost.az-a zərərçəkən Zəhra Məmmədova məlumat verib. Bildirib ki, xidmətin yeni rəhbərliyi işində heç bir nöqsan olmamasına rəğmən onu işdən kənarlaşdırıb: "6 il idi ki, Bakı Abadlıq Mərkəzində işləyirdim. Bu illər ərzində heç bir problemim olmayıb. Amma 4 aydır ki, yeni gələn briqadir Anar Sultanov məni işimdən elədi. Gələn kimi köhnə işçiləri işdən çıxarmağa başladı. Gəldiyi gündən məni də işdən çıxarmaq üçün bəhanə axtarırdı. Hərəkətləri ilə məni bezdirirdi. İstəyirdi ki, özüm ərizə yazım gedim. Bunu dəfələrlə onun özünə də demişəm. Hətta məcbur qalıb dedim ki, oğlum əsgərlikdən gələndən sonra özüm işdən çıxacağam. Heç bir yerdən qazancım yoxdur. İşdən çıxsam acımdan ölərəm. O isə dedi ki, istəyirsən kəndir götür, özünü as”.


Z. Məmmədovanın sözlərinə görə, yeni briqadirin onunla belə rəftarına səbəb şəhid ailəsi olmasıdır: "Şəhid ailəsindən olduğum üçün məni problemli adam sayırdı. İşdən çıxmamaq üçün ona deyirdim, şəhid ailəsiyəm, etmə-eləmə. İşimi itirməmək üçün yenə yalvarmağa başladım. Amma noyabrın 1-də mənə işdən azad olunduğumu dedi. İşdən çıxmağımla bağlı ərizəni belə saxta şəkildə yazıblar. Çünki mən heç əsas ofisə belə getməmişəm. Xidmətin Nərimanov filialının rəhbəri Eminə də yalvardım ki, məni işdən qovmasınlar. Amma o da bu məsələnin Anar Sultanovdan asılı olduğunu dedi. Mənə bildirdi ki, Anar Sultanov nə desə, o olacaq”.


Dövlət idarəsində süpürgəçi işləyən şəhid bacısını təhqir edib, qovdular

Şəhid bacısı Anar Sultanovun onu təhqir etdiyini vurğulayıb: "5 uşaq anasıyam, 3 oğlum vətənə xidmət edir. Qardaşım Telman Kazımov Qarabağ müharibəsi zamanı Laçında itkin düşüb. Hazırda Lerikin Verik kənd orta məktəbi onun adını daşıyır. Hər dəfəsində Anara deyirdim ki, heç olmasa şəhid qardaşıma görə mənə hörmət et. Deyirdi "mənə dəxili yoxdur”. Mən ona yalvardıqca, o məni təhqir edirdi. Sonuncu dəfə belə söhbət olanda huşumu itirdim. Məni Sağlamalıq Mərkəzinə aparıblar. İş yoldaşıma da 20 manat verib ki, məni xəstəxanadan evə yola salsın. Hətta Anar Sultanov həkimi belə pulla ələ almışdı. Həkim mənə dəlixanaya göndərəcəyini deyirdi. Bu səbəbdən xəstəxanadan qaçdım. Evə gələndən sonra axşam vəziyyətim yenidən pisləşdi. 10 gün müalicə aldım. Anar Sultanov həm çörəyimi əlimdən aldı, həm sağlamlığıma ziyan vurdu. İndi həyəcandan və qorxumdan çölə çıxa bilmirəm”.


Zərərçəkən yenidən işə qayıtmaq istədiyini deyib:"Yenidən işimin başına keçmək istəyirəm. Balalarıma çörək pulunu mən qazanıram. Oğlumun biri hazırda əsgərlikdədir. O biri isə əsgərlikdən gəldikdən sonra ağır xəstəliyə tutulub. Bütün ailəyə mən baxıram. Mənim işləməyin vacibdir”.


Bakı Abadlıq Xidmətinin qeyri-rəsmi rəhbəri Bünyad Qasımov məsələ ilə bağlı BakiPost.az-a bildirib ki, Zəhra Məmmədova işində ciddi nöqsanlara yol verdiyi üçün çıxarılıb: "O xanım işləmirdi. Demək olar ki, işə məsuliyyətlə yanaşmırdı. Bu barədə dəfələrlə onun özünə də deyilib. Mən 500 işçi içərisindən yalnız bir nəfəri niyə işdən qovum? Çünki o xanım işləmirdi. Mənim şirkətimdə xeyli insan çalışır. Onun içində şəhid ailəsi və əlil olanlar da var. Allah hamısının canını sağ eləsin. Mən bekarçılıq yeri deyil, iş yeri düzəldirəm. Bizdə insanlar heç nəyə görə işdən qovulmur. O xanımın dəfələrlə problemləri olub. Hətta bununla bağlı izahatları belə var. Mən işləyən adamı axtarıram. Çünki şirkətimiz fərdidir. Mənim üçün hər bir insan çox qiymətlidir. Amma o insan çalışanda. Mənim şirkətimdə bir insan zəhmət çəkmirsə, o, işdən gedir”.


Bünyad Qasımov vurğulayıb ki, Zəhra Məmmədovanın ailəsindən kimisə işə götürməyə hazırdır: "O xanımın yerinə 2 şəhid ailəsindən olan insanı işə götürməyə hazıram. Hətta onun ailə üzvlərindən belə kimisə işə götürə bilərəm. Amma onu yox”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar