Xəbər lenti
Bu ölkədə oğlana "yox" deyən qızların üzünü yandırırlar - Dünyanın qəribə adətləri
Demək olar ki, hər gün dünyanın müxtəlif ölkələrindən onlarla qadına qarşı edilən zorakılıq xəbəri alırıq.
Kişi zorakılığı, öz dövlətləri tərəfindən qoyulan qadağalar, adətləri və bir çox səbəblər qadınlara qarşı çevirilmiş bir silah rolunu oynayır.
Manevr.az AZXEBER.COM-a istinadən xarici mətbuata istinadən bir çox ölkələrdə qadına qarşı edilən bəzi zorakılıqları təqdim edir:
1. Sudanda qızların evlilik yaşı 10-dur. Pakistanda vəziyyət daha vahiməlidir. Qadın hüquqları komitələrinin verdiyi məlumata görə, burda qızların evlilik yaşı 6-ya qədər düşüb.
2. İndoneziyanın bir kəndində qadınların motosikletə ayaqlarını açaraq kişilərin arxasında oturması qadağandır. Buna səbəb kimi kişilərin qadınlara qarşı pis hərəkət edə bilməsidir.
3. Yəmən məhkəmələrində qadınlar şahidlik edirsə onları yarı adam sayırlar. Yəni bir adama 4 şahid lazımdısa qadın şahidlərlə bu 8 nəfər olacaq. Əslində bu qadağa ölkə olaraq təkcə Yəməndə deyil, dünyanın bir çox ölkələrində var.
4. Afrikanın Sudan, Malavi və bir çox ölkələrində qadınların şalvar geyinməkləri qadağan olunub. Zaman-zaman bu qadağalara qarşı çıxılsa da amma bu qayda hələ də qüvvədədir.
5. Hindistanın bir bölgəsində ərsiz qadınların telefon işlətməsi qadağandır.
6. İndoneziyanın bir şəhərində gecə 11-dən sonra kişi qohumları olmadan alış-verişə, kafelərə və bunun kimi əyləncə yerlərinə getmək qadağandır.
7. Fars cəza qanunları qadınların öz ərlərindən ayrılmaqlarını qadağan edib. Kişilər istədikləri vaxt ayrıla bilərlər.
8. Los-Ancelesdə bir kişinin öz xanımını döymək üçün istifadə etdiyi kəmərin qalınlığının 5 sm-dən çox olması qadağandır.
9. Hindistanın bir bölgəsində qadının axşam 11-dən sonra içki sifariş verməsi qadağandır.
10. Dünya səhiyyə təşkilatlarının açıqlamasına görə: ABŞ, İngiltərə, Avstraliya, İsrail, Kanadada öldürülən qadınların çoxunun qatili birlikdə yaşadıqları kişilərdi.
11. Səudiyyə Ərəbistanında qadınların hovuza girməsi qadağandır. Belə qadağalar bu ölkədə heç də təəccüblü sayılmır.
12. İranda vitrinə manikenin başı açıq qoyulması qadağandır.
13. Həşaratlar daxil heç bir canlının öldürülməsinə icazə verilməyən ABŞ-da, Arkansas əyalətində kişinin qadını ayda bir dəfə döyməsi normal sayılır. Bir dəfədən çox döymək isə qadağandır.
14. Birləşmiş Ərəb Əmirliklərində qadınların müsəlman olmayan kişilərlə evlənməsi qadağandır.
15. Avropa ölkələrindəki vəziyyət də heç də ürək açan deyil. Hollandiyada hər il 200 min qadın öz əri tərəfindən zorakılığa məruz qalır.
16. Yeni qanunlara görə İranda şagird qızların dar şalvar, palto və rəngli geyimlər geyinməsi qadağandır. Dırnaqları uzatma və döymə etdirmək olmaz.
17. Bombeydə aparılan bir araşdırmaya görə, 95% qadın ən çox qız uşaqlarını abort etdirirlər. Bu da qız uşaqlarının istənilməməsinə və cəmiyyət arasında gizli cinayətlərin nə qədər yayıldığına işarədir.
18. Pakistanın bir bölgəsində bir qadın öz təbəqəsindən yuxarı olan kişi ilə birlikdə olarsa və buna 4 kişi şahidlik edərsə, o qadın çoxsaylı kişi tərəfindən təcavüz cəzasına məhkum edilir. Bu qərarı kənd ağsaqqalları verir.
19. Hindistanın bir əyalətində bəy evlənmək istədiyi qızın atası ilə bazarlıq edir. Yəni evləndikdən sonra ondan alacağı pulu deyir. Əgər bəy alacağı pulu az bilirsə bunu daha çox istəyir. Əgər bu pul verilməsə, qohumları ilə birlikdə qızı döyür. Hindistanda demək olar ki hər gün 5 qadın bu səbəbdən can verir. Nə qədər qadının bu şəkildə öldüyünü bir düşünün.
20. Banqladeşdə qadınlara edilən zorakılıq pik həddədir. Belə ki, burada qadın onunla bərabər olmaq istəyən kişiyə yox cavabı verdikdə onların üzlərinə kimyəvi məhlul töküb, yandırırlar. Bunu etməkdə məqsəd ömür boyu qadının güzgüyə baxaraq peşmanlıq çəkməsidir. Dövlət buna qarşı çox sayda qadağalar tətbiq etsə də, bu ənənənin qarşısını hələ də ala bilməyib
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar