Xəbər lenti
Belə anaları görəndə dəhşətə gəlirəm - Azərbaycanlı səfir
Bu gün Analar günüdür. Həyatda olan bütün analara can sağlığı və uzun ömür, olmayanlara isə Allahdan şəfqət və rəhmət diləyirəm. Düşünürəm ki, bir millət və dövlət kimi bizim bütün gələcəyimiz Azərbaycan əsgərindən, yaxud Azərbaycan siyasətçisindən daha çox azərbaycanlı analardan asılıdır.
Bu sözləri Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev qeyd edib.
O, bir neçə misal çəkərək, Azərbaycan qadınlarının tarixdə tutduğu mövqedən bəhs edib:
"Əsgəri də, siyasətçini də ana yetişdirir (Təbii ki, kişilərin üzərinə düşən məsuliyyəti qətiyyən azaltmaq istəmirəm). İranda ingilislərin yardımı ilə türk əsilli Qacar sülaləsini devirib yerində uydurma Pəhləvi-Karen sülaləsini quran, irticaçı fars şovinizminin banisi kimi tanınan Rza şah Pəhləvinin anası Azərbaycan türkü idi. Nuşafərin Ayrımlı adlı bu qadın Qacarın 1797-ci il Qafqaz yürüşü zamanı Tiflisdən Mazandarana köçürülmüş bir Azərbaycan ailəsinin qızı idi. Pəhləvi sülaləsinin ikinci hökmdarı Məhəmməd Rza şahın anası Nimtac xanım Ayrımlı da Azərbaycan türkü idi. 1896-cı ildə Bakıda doğulmuş, oğlunun taxtdan salınmasından sonra 1981-ci ildə Meksikada ölmüşdü. Müasir İran tarixində ilk dəfə Tacül-Mülk (Məmləkətin Tacı) ləqəbi ilə rəsmən Birinci Ledi statusu almışdı. Sülalənin hazırda ABŞ-da yaşayan indiki varisi Pza Pəhləvinin anası da Azərbaycan türküdür. Əsil-nəsəbli azərbaycanlı ailəsində doğulmuş Fərəh Diba (1937) İran tarixində Şahbanu (imperatriçə) tituluna layiq görülən, başına tac qoyulan ilk və son qadındır.
Son bir əsr ərzində azərbaycanlı qadınların İran sarayında bu qədər üstün mövqe tutmalarına baxmayaraq, fars şovinistləri bəlkə onların özlərinin də qulaqları eşidə-eşidə ölkə əhalisinin yarısını təşkil edən Azərbaycan türklərinin ünvanına "Torke-xər" (türk eşşəyi) deməkdən çəkinməyiblər. Çünki bu analar milli kimliklərini unudublar, ona arxa çeviriblər, övladlarını türk köklərinə sevgi ruhunda tərbiyə etməyi bacarmayıblar, yaxud bunu istəməyiblər. Onların mənsub olduğu millət həqir vəziyyətə salınıb və həmin qadınlar buna əsla əhəmiyyət verməyiblər, nəyi isə dəyişməyə çalışmayıblar.
Bu gün övladları ilə rus, fars, ingilis dilində danışan, onları rus, fars, ingilis kimi tərbiyə edən anaları görəndə dəhşət içində düşünürəm - bizi də belə bir acınacaqlı aqibət gözləmir ki? Sabah onların övladları da mənsub olduqları xalqa, mədəniyyətə həqarətlə baxmayacaqlar ki?
P.S. Bir qadının millətin həyatında hansı rola malik olduğu ilə maraqlananlara Lion Feyxtvangerin "İspan balladası" (orijinal adı "Toledodan olan yəhudi qız”) tarixi romanını oxumağı məsləhət görürəm".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar