Xəbər lenti
Ailə sirrini gizlədən qızların statistikası - 90 faiz
Bu gün Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü münasibəti ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzində brifinq keçirilib.
Manevr.az xəbər verir ki, tədbirdə çıxış edən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə bildirib ki, məqsəd KİV vasitəsilə ictimaiyyəti bu problemin miqyasına, nəticələrinə yönəltməkdir:
"Qadın zorakılığı cəmiyyətdə və ya ailədə qadınlara fiziki, psixi, emosional, iqtisadi və cinsi təcavüzkarlığı nəzərdı tutur. Statistikaya görə, qadlnların 60%-i öz aiədə zorakılığa məruz qalır, onların sağlamlıqlarına xələl yetirilir, əksər hallarda isə zorakılığın baş verməsi faktı gizli saxlanılır".
İSİM-in təlim resurs şöbəsinin metodisti Cəmilə Kərimova isə qadın zorakılığına dair mərkəzi apardığı sorğunun nəticələrini açıqlayıb.
O bildirib ki, dünyada 42 faiz qadın cinsi və fiziki zorakılığa məruz qalaraq zədə və travma alır: "Zorakılığa məruz qalan 16 faiz qadında vaxtından əvvəl düşüklər, vaxtından əvvəl uşaqların doğulması baş verir".
Qurum rəsmisi qeyd edib ki, Səhiyyə Nazirliyi hələ 2014-cü ildə Lənkəran, Beyləqan, Şəmkir və Füzuli rayonlarında sorğu-tədqiqatları aparılıb. "Sorğu-tədqiqatlarının nəticələrinə görə, daha çox zorakılığa məruz qalan qadınlar Füzuli rayonundadır. Qeyd edim ki, bu, dövlət statistikası deyil".
Onun sözlərinə görə, Azərbaycanda zorakılığa məruz qalmış qadınlar zorakılıq hallarını gizlətməyə çalışırlar: "Qadınlar məruz qaldıqları zorakılıq haqda heç kimin bilməsini istəmirlər. Sorğu-tədqiqatlarının nəticələrinə görə, 15-19 yaşlı qızların 87,9 faizi qeyd edir ki, ailə sirrini heç kimə danışmaq düzgün deyil".(Teleqraf.com)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar