Xəbər lenti
Azərbaycanda əhalinin sayı ilbəil azalacaq

Azərbaycanda 2017-2020-ci illər ərzində ölkə əhalisinin hər il orta hesabla 1,1 faiz artacağı gözlənilir.
“Trend”in məlumatına görə, bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nın layihəsində qeyd olunub.
Layihəyə əsasən, demoqrafik vəziyyətin yaxşılaşdırılması, əhalinin orta ömür yaşının artırılması üçün qarşıdakı illər üzrə prioritetlər də müəyyələşdirilib.
Bu prioritet istiqamətlər əhalinin bütün sosial-demoqrafik qrupları və təbəqələri üçün sağlam həyat tərzinin yaxşılaşdırılması, əhalinin reproduktiv sağlamlığının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi, ailə planlaşdırılması xidmətinin inkişafı, aztəminatlı əhaliyə, o cümlədən çoxuşaqlı ailələrə, əlillərə, qaçqın və məcburi köçkünlərə müvafiq xidmətlərin göstərilməsi və s-dir.
Qeyd edək ki, bu il oktyabrın 1-nə olan vəziyyətə görə Azərbaycanda əhalinin sayı 9784,6 min nəfərdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































