Xəbər lenti 
					
 
		Dubaydan villa alan azərbaycanlılar - milyardlarla dollar xərclənib
Dubay əmirliyinin Torpaq departamenti (DLD) keçmiş sovet respublikalarından olan rusdilli investorların axını ilə bağlı olaraq Rusiyanın "Rusbiz” konsaltinq xidməti ilə müqavilə bağlayıb.
Manevr.az xəbər verir ki, müqaviləyə əsasən Dubayda mülk almaq istəyən rusdilli, yaxud rus dilini bilən investorlar bu müqavilə sayəsində sövdələşmələrə dair məlumatları rus dilndə əldə edə biləcəklər.
DLD-nin məlumat bazasına əsasən təkcə son üç ildə rus dilinin geniş yayıldığı 12 ölkədən 6 minə yaxın investor Dubayda daşınmaz əmlaka 4 milyard dollara yaxın investisiya qoyublar. DLD son illər Rusiya, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Ukrayna, Türkmənistan, Tacikistan, Belarus , Moldova, Ermənistan və Qırğızıstandan olan investorların Dubaya axını haqda məlumat verir.
Rusbiz şirkəti ilə bağlanmış müqaviləyə əsasən DLD rusdilli müştərilərə bu şirkət vasitəsilə xidmət göstərəcək, müqavilələləri rus dilində bağlayacaq. Habelə hüquqi sənədlərin ərəb dilindən rus dilinə tərcüməsi həyata keçiriləcək.
DLD-nin investisiya şöbəsi olan "Real Estate Investment Management and Promotion Center”in rəhbəri Məcid Əli Rəşid deyib ki, rusdilli ölkələrdən artan tələbatı nəzərə alaraq "Rusbiz” investorlara informasiya xidməti göstərilməsi üçün əvəzsiz tərəfdaşdır. "Rusbiz” şirkətinin baş direktoru Dmitri Krasnoqor isə deyib ki, Dubayın daşınmaz əmlak bazarı keçmiş sovet respublikalarından olan investorlar üçün olduqca cəlbedicidir. "Biz müştərilərə ən yaxşı şəkildə xidmət göstərməyə çalışacağıq”-o deyib.
Qeyd edək ki, Dubaya axın edən 6 minə yaxın rusdillilərin arasında Azərbaycan vətəndaşlarının da olması son illər ölkədən kapital axınının sürətləndiyi bir vaxtda baş verir. Manatın devalvasiyasından və iqtisadiyyatda yaranan problemlərdən sonra bir çox imkanlı şəxslər öz kapitallarını xaricdə daşınmaz əmlaka, digər sahələrə yatırmağa başlayıb.Virtualaz.org
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Təqvim 
				 | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















