Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Dekabrın 10-na qədər Bakıda mənfi temperatur olmayacaq - Ekspert

Tarix: 22-11-2016 15:43     Baxış: 2334 A- / A+
Dekabrın 10-na qədər Bakıda mənfi temperatur olmayacaq


“Noyabrın ikinci ongünlüyündə temperaturun mənfi olması bu dövr üçün xarakterik deyil”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya bildirib ki, yalnız dekabrın 10-dan sonra Bakıda mənfi temperaturlar müşahidə oluna bilər. Onun sözlərinə görə, noyabrın 23-24-də havanın temperaturunun 0-4 dərəcə şaxta olması qeyri-adi haldır.

M.Həsənov vurğulayıb ki, noyabrın sonlarında havanın normal temperaturu 2-3 dərəcə isti ola bilər: “Mənfi temperatur şimal rayonlarında – Şəki, Zaqatala və digərlərində mümkündür, ancaq Bakı üçün normal deyil. Havanın temperaturunun mənfi olması üçün ölkə ərazisinə kəskin arktik hava kütləsi daxil olmalı və bir neçə gün davam etməlidir. Bunun nəticəsində 4-5 dərəcə şaxta ola bilər. Amma bu gün ölkədə şimal-qərb hava kütləsi hökm sürür və bu hava kütləsinə uyğun olaraq havanın temperaturu 2-3 dərəcə isti olmalıdır. Axşamdan hava kəskin dəyişsə belə, yaxın iki gündə -4 dərəcə şaxtanın olması ehtimalı yoxdur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar