Xəbər lenti
Zorlamaların ən çox baş verdiyi ölkələr - STATİSTİKA
Zorlama və digər cinsi cinayətələr dünyada get-gedə daha ciddi problemə çevrilməyə başlayır. BMT bu faktlarla bağlı həyəcan təbili çalır. Zorlama faktlarının yalnız müharibə deyil, həm də sakit həyatın elementinə çevrilməsi cəmiyyətlərdə ciddi transformasiyaların baş verdiyini, mənəvi və seksual boşluqların olduğunu üzə çıxarır.
Manevr.az dünyada ən çox zorlama faktlarının qeydə alındığı 5 ölkəni təqdim edir.
1.Cənubi Afrika Respublikası dünyada ən çox zorlamanın qeydə alındığı ölkələrdən biridir. Hər il bu ölkədə 350 mindən artıq qadın zorlamaya məruz qalır. BMT-nin məlumatına görə CAR-da yaşayan qadınların 40%-i nə vaxtsa cinsi təcavüz cəhdi ilə üzləşib. Yerli polis orqanlarının statistikasından isə aydın olur ki, zorlanan şəxslərin 4%-i kişilər, 41%- iisə yetkinlik yaşına çatmayan uşaqlardır.
2. İsveç CAR-dan sonra hər 100 min sakinə düşən zorlama faktlarının çoxluğuna görə dünyada ikinci ölkə sayılır. Ölkədə yaşayan qadınların hər 4-cüsü zorlanıb. Əgər 1975-ci ildə İsveçdə 421 zorlama olmuşdusa, 2014-cü ildə bu rəqəm 6620-i olub. 18 yaşı tamama olan hər 3 isveçli qızdan 1-i cinsi təcavüz cəhdi ilə üzləşib.
3. Corc Meyson universiteti və Beynəlxalq Cinsi Cinayətlər Statistikası Federasiyasının məlumatına görə ABŞ dünyada ən çox zorlama faktlarının qeydə alındığı lider ölkələrdən biridir. Statistikaya görə hər 3-cü amerikalı cinsi zorakılıq faktı ilə üzləşib. Məlumata görə, amerikalı qadınların 19,3%-i və kişilərin 2%-i zorlanıb. Zorlananların 79%-i 25 yaşına qədər, 40%-i isə 18 yaşına qədər olarkən buna məruz qalıb.
Həbsxanalardakı situasiya isə daha dəhşətlidir. Hər il 216 min amerikalı məhbus cinsi zorakılığa məruz qalır.
4. Böyük Britaniya da cinsi zorakılığın sərhəd tanımadığı problemli ölkələrdən sayılır. Ölkənin ədliyyə və daxilin işlər orqanlarının 2015-ci il üzrə birgə açıqladıqları məlumata görə il ərzində ölkədə 85 min insan – 73 min qadın və 12 min kişi cinsi zorakılığa məruz qalıb. 13-18 yaş arasında qızların 35%, oğlanların isə 16%-i seksual təzyiqlərə məruz qalır.
5. Zorlama və seksual cinayətlər Hindistanın ümumilli probleminə çevrilib. BMT ölkədə hər 20 dəqiqədə 1 qadının zorlandığnı bildirir. Əgər 2012-ci ildə rəsmi rəqəmlər ölkədə 24923 qadının zorlandığını bildirsə də, 2015-ci ildə bu rəqəm 48916-ya çatıb. Bununla belə, real zorlama faktlarının 70%-dən çoxunun ictimaiyyətdən və polisdən gizli qaldığı ehtimal olunur.
Azərbaycana gəlincə, bu problem ölkəmizdə kəskin deyil və dünya göstəricilərindən xeyli aşağıdır. Dövlət Statistika Komitəsinin məlumata görə, ölkədə 2003-cü ildə – 49, 2006-cı ildə – 35, 2009-cu ildə – 35, 2012-ci ildə 19, 2013-cü ildə 13, 2014-cü ildə 26 və 2015-ci ildə 24 hadisə zorlama və zorlamaya cəhdlə bağlı olub. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən isə bu növ cinayət törədənlərin sayında son on ildə azalma müşahidə olunur. Belə ki, on il əvvəl zorlama və zorlamaya cəhd edənlərin sayı 37 nəfərə idisə, 2012-ci ildə belə cinayətlər törədənlərin sayı 19 nəfər olub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar