Xəbər lenti
“Küçəmizdəki iydə ağacına 10-15 dənə qırmızı əski parçası bağlayıb pirə çevirəcəyəm” - Fazil Mustafa
“Araşdırmalarımız göstərir ki, bu cür neqativ təsirdən xilas olmaq üçün kəramət sahiblərinin qəbirlərini ziyarət etmək də müsbət nəticə verir. Bu ziyarətlər 3 (yaxud 7) dəfə təkrar olarsa (ziyarətlər arasında qalan günlərin sayı 3-5 gündən çox olmasın) nəticənin daha yüksək olması ehtimalı var. Ziyarət əsnasında insanın gözünə bir anlıq yuxu gedərsə, həmin anda neqativ təsirdən yüz faiz xilas ola bilər…”
Bunu millət vəkili Fazil Mustafa sosial şəbəkədəki səhifəsində fikirlərini bölüşüb: “Gülüb keçməyin, dəyərli dostlar! Bu ifadələri Paşa Yaqub isimli bir tədqiqatçı yazar bizim ziyarətgahlarla bağlı fikirlərimizə cavab olaraq yazıb. Həm də bu cavabın adını quyub elmi cavab. Bilirsiniz nəyi xatırladım? Bir dəfə bir narkotik aludəçisi ilə profilaktik söhbət edərkən qətiyyətlə bildirdi ki, o narkotiki məhz neqativ təsirdən qurtulmaq üçün qəbul edir. Spirtli içkilərə aludəçiliyi olanlar da təqribən eyni cür düşünürlər.
Ölkəmizdə ayrı-ayrı insanlar problemlərin əlindən intihara cəhd edirlər, yaxud hansısa mifik vasitələrin köməyi ilə sıxıntılarda qurtulmaq istəyirlər. Anlaşılan budur ki, adını qeyd etdiyimiz tədqiqatçı yazarın yuxarıdakı tövsiyələrdən sonra hərə gedib kəramət sahiblərinin qəbirlərinin başında 10-15 dəqiqə yuxu görsə, bütün sıxıntıları arxada qalar. Yüz il sonra yenə Mirzə Cəlilə, yenə də Molla Nəsrəddinə qayıdış təlabatı, zərurəti var. Molla Nəsrəddindən söz düşmüşkən, kəramət sahibləri ilə bağlı dahi Molla Nəsrəddinin maraqlı lətifəsi var. Bir gün fırıldaqçılardan biri zavallı müsəlman dünyasından olan xeyli insanı başına yığıb söyləyir ki, bəs mənə kəramət verilib.
Gecə yatdığım zaman yuxunun şirin yerində müqəddəslərdən biri yaxınlaşıb ağzıma tüpürdü. Elə o zamandan ağzımda kəramət olduğunu gördüm. Kimə üfürsəm, xəstəlikləri tez-gec sağalar. Söhbəti eşidən Molla Nəsrəddin ürək ağrısı ilə onu dinləyən avam insanları mənalı baxışları ilə süzərək bu fırıldaqçı kəramət sahibinə deyir: Əslində o müqqəddəs zat sənin üzünə tüpürməyə gəlirmiş, ancaq ağzı açıq yatdığına görə tüpürcəyin ünvanı dəyişik düşüb. Artıq Molla Nəsrəddinin bu lətifəsindən sonra da kəramət sahiblərinin qəbirlərinə başını sürtmək, ziyarətgahlara pul dağıtmaq istəyənlər olarsa, şəhərə girəndə, çıxanda nəzir qutularına salamatlıq rüşvətini verənlər öz müqəddəs işlərini davam etdirərlərsə, o zaman mən də küçəmizdəki iydə ağacına 10-15 dənə qırmızı əski parçası bağlayıb pirə çevirəcəyəm. Bu piri ancaq tədqiqatçı-yazarlar ziyarət edə bilərlər. Çünki kəramətimin ancaq onlara təsiri ola bilər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar