Xəbər lenti 
					
 
		Ətin qiyməti bahalaşdı -VİDEO
Son dövrlər paytaxt və bölgələrdə istər iribuynuzlu, istərsə də xırdabuynuzlu heyvanların ətinin qiymətində bahalaşma qeydə alınır.
Manevr.az xəbər verir ki, Tovuzun mal bazarında son bir aydır, heyvanların qiymətində kəskin bahalaşma müşahidə olunur. Artım özünü daha çox iribuynuzlu heyvanların satışında göstərir. Alıcılara görə, iribuynuzluların qiyməti, hətta iki dəfəyə qədər artıb.
Fermerlər bahalaşmanı heyvanların bəslənməsinə çəkilən xərclə əlaqələndirirlər. Bildirirlər ki, yemin və otun qiymətlərində artım bazara böyük təsir edib.
Eyni hal özünü Göyçayın mal bazarında da göstərir. Burada da demək olar ki, qiymət artımı yem və otun bahalaşması ilə əlaqələndirilir.
Xırdabuynuzlu heyvanlarda isə bahalaşma 40-50%-ə qədərdir. Bir ay əvvəl 100 manata satılan qoyunlar indi 140-150 manata təklif olunur.
Bölgələrdəki bahalaşma özünü paytaxtdakı ət bazarlarında da göstərməyə başlayıb. Paytaxt bazarlarında mal ətinin qiyməti artıq 9 manat 50 qəpiyə təklif edilir.“Xəzər xəbər”
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















