Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Köçkünlərə verilən müavinət kəsilərsə…" - İcra başçısı

Tarix: 21-11-2016 10:18     Baxış: 5362 A- / A+
"Köçkünlərə verilən müavinət kəsilərsə…"


Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov son vaxtlar məcburi köçkünlərin bəzi güzəştlərinin ləğvi barədə yayılan məlumatlara münasibət bildirib.

Manevr.az xəbər verir ki, B.Səfərov "Yeni Müsavat"a müsahibəsində hal-hazırda heç bir güzəştin ləğv olunmadığını bildirib: "Ara sözlərinə münasibət bildirməyim doğru olmaz. Hər halda ötən 23 ildə dövlət tərəfindən məcburi köçkünlərə və qaçqınlara mütəmadi dəstək olub. Bu gün dəstək varsa da, sağ olsunlar, yoxdursa da. Mən hesab edirəm ki, məcburi köçkünlər onu normal qəbul edəcək. Bəli, çətinliklə yaşayanlar var, amma bu, elin işidir. Ölkə rəhbərinin qəbul etdiyi qərarı bizim müzakirə etməyimizə ehtiyac yoxdur. Çünki ölkə rəhbəri hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşır.

O müavinət kəsilərsə, başqa bir yerdən, yəqin ki, bu insanlara onu əvəz edə biləcək şərait yaradılacaq. Amma, əlbəttə ki, bunun bir sonu olmalıdır. Bu da ərazilərin qaytarılmasından keçir. Qaçqın və köçkünlər arasında dolanışıq sarıdan problemi olanların sayı çox azdır. Ancaq bu adamların mənzilə ehtiyacı var. Mənzillə təmin olunandan sonra bu adamlara nə güzəşt lazımdır, nə başqa şey. Çünki onlar hamısı qoçaq adamlardır, çalışırlar. Hətta özlərinə gözəl şərait, biznes quran adamlar var, Allah artıq eləsin".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar