Xəbər lenti 
					
 
		Ölüləri yeyən qəbilə aşkarlandı

Hindistanın Varanasi şəhərində yaşayan Aqori qəbiləsinin ölüləri yeməsi faktı aşkarlanıb.
Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, gizli yaşam tərzinə üstünlük verən, xüsusi dini ibadətləri olan Aqori tayfasının üzvlərinin sayının azalması müvafiq qurumları bununla bağlı araşdırma aparmağa sövq edib. Araşdırmaların fonunda isə məlum nəticələr ortaya çıxıb.
Qəbilə üzvləri qapalı yaşam tərzinə üstünlük verdiklərindən əvvəllər bu icmanın nümayəndələri haqqında ətraflı məlumat, foto, videogörüntü yox idi. Varanasidə ölülərin dəfn olunduğu yerlərdə yaşamağa üstünlük verən qəbilə ilə bağlı araşdırmalar tükürpədən faktları ortaya çıxarıb. Məlum olub ki, onlar inanclarına əsasən dünyasının dəyişmiş qohumlarının ətini yeyir, sifətlərini onun külü ilə boyayırlar.
Qəbilə üzvləri hesab edirlər ki, insanın ən böyük qorxusu onun ölümüdür. Onlar qorxudan xilas olmaq üçün ölülərin ətini yeyirlər.
Xüsusi geyim tərzi və adətləri olan Aqori qəbiləsinin üzvləri ənənəyə əsasən din xadimlərinin, hamilə qadınların və uşaqların cəsədlərini dərhal yarmırlar. Əvvəlcə onların meyitləri gölə atılır. Cəsəd yalnız bundan sonra suyun üzərindən götürülərək yarılır.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















