Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zəngin insanlardan məsləhətlər - Varlanmağın yolları

Tarix: 20-11-2016 13:52     Baxış: 3343 A- / A+
Zəngin insanlardan məsləhətlər

İnsan oğlu özünü dərk etməyə başlayan andan zəngin olmaq istəyir. Kimisi zəhməti, şəxsi bacarıq və qabiliyyəti sayəsində məqsədinə nail ola bilir. Bəzilərinin isə yanlış seçimləri onun yolunda əngəl yaradır.

Manevr.az publika.az-a istinadən varlanmağınıza mane olan səbəbləri və vərdişləri təqdim edir.

Pulunuz çatmadığı halda qiymətli əşyalar almaq

Borclu qalmaq özü ilə birlikdə maliyyə böhranını da gətirir. Əgər əlinizə bir miqdar pul keçibsə, onu gərəksiz yerə xərcləməyin. İlk növbədə, ehtiyaclarınızı nəzərə alın. Məşhur sahibkar Qrant Kardona bu mövzu ilə bağlı bunları deyib: "İlk bahalı maşın və saatımı yatırımlarım mənə həddindən artıq gəlir gətirməyə başlayanda aldım".

Bəxtsiz olduğunu düşünmək

Milyarder Stiv Siebold müsahibələrinin birində bu cür düşüncənin insanı ancaq uğursuzluğa sürüklədiyini deyib: "Çoxları belə hesab edir ki, ancaq şanslı insanlar varlana bilir. Ancaq reallıq odur ki, kapitalist ölkədə yaşayan hər kəsin hər cür varlı olmaq şansı və haqqı var. Ona görə də, pis düşüncələri özünüzdən uzaqlaşdırın və onu "Niyə də mən olmayım?" sualı əvəz edin!"

Ancaq bir yerdən gəlir əldə etmək

Uzun müddət milyarlerdlər haqqında araşdırmalar aparıb "Vərdişlərini dəyiş, həyatını dəyiş" kitabını yazan Toman C.Corleyin sözlərinə görə, varlı insanlar ancaq bir yerdən gəlir almaqla kifayətlənmir: "Öz zəhməti və bacarığı sayəsində varlanan insanlar ancaq bir yerdən gəlir əldə etmirlər. Bir neçə yerə yatırım etməklə daha çox pul qazanmağa çalışırlar. Beləcə onlar ancaq bir yerdən asılı olmurlar".

Ağıllı olduğunu düşünmək, yeni heç nə öyrənməmək

Varlı insanların bioqrafiyasına nəzərə salsaq, onların öz üzərində daim işlədiyini, özünü inkişaf etdirdiyini görə bilərik. Bacarlıqlı insanlar universiteti bitirdikdən sonra da daim özünü inkişaf etdirməyin müxtəlif yollarını axtarır.

Yanlış çevrə

Eynşteynin sözlərinə görə, şüur yoluxucudur. Bu da o deməkdir ki, az gəlirli bütün dostlarınızı tərk etməlisiniz. Zəngin olmaq istəyirsinizsə, varlı insanlarla tanış olmalı, onlarla yaxşı münaisbət qurmalısınız.

Boş vaxtları əylənərək dəyərləndirmək

Varlı insanlar əyləncələrdən daha çox, təhsilə önəm verir. Tomas Corleyin araşdırmasına görə, varlı insanlar gün ərzində 1 saat, ya da daha az televizora baxır.

Həyat yoldaşınızla maliyyə məsələlərini müzakirə etməmək

Aparılan araşdırmalar göstərir ki, milyonlarla cütlük maliyyə məsələlərini müzakirə etməyi xoşlamır. Bu halda varlanmağı unudun. Ataların da dediyi kimi "Tək əldən səs çıxmaz".

Gəncliyi boşa xərcləmək

Sizin varlı olma ehtimalınız hər gün nə qədər pul qazanmanızdan deyil, hər gün nə qədər pul toplaya bilməyinizdən asılıdır. Əgər həqiqətən varlı olmaq istəyirsinizsə, özünüzə bank hesabı açın və hər ay müəyyən məbləğ yatırın.

Pul üçün çalışmaq

Pul üçün çalışsanız, müdirinizi sevindirərsiniz. Ancaq pul sizin üçün çalışsa, o zaman güc və zənginlik qazanmış olacaqsınız. Yaxşı CV hazırlamaq, yaxşı iş tapmaq və yaxşı təcrübə qazanmaq lazımdır. Amma öz işinizi qurub, öz rəhbəriniz olsanız, var-dövlətin bütün qapıları sizin üçün açılacaq. Riskləri də yaddan çıxartmaq olmaz. Təbii ki, əvvəlcə risklərin araşdırmasını aparıb, pulunuzu ona uyğun şəkildə yatırıma qoymalısınız.

Sevmədyiniz işdə çalışmaq

Varlanmağın ən vacib şərtlərindən biri də sevdiyiniz işi görməkdir. Çünki sevdiyi işdə çalışmaq insanı daha çox motivasiya edir və onu uğura aparır. Əgər siz sevmədiyiniz işlə məşğulsunzusa, onda hazırkı vəziyyətinizdən çox da irəli getməyə ümid etməyin.

Bütün işləri təkbaşına görmək

Tək işləməklə, komanda ilə işləmək arasında çox böyük fərq var. Əgər yanınızda sizə kömək edən, dəstək olan, məsləhət verən bir olmasa, müəyyən çətinliklərlə qarşılaşacaqsınız.

Neqativ duyğular

Həmişə neqativ fikirləşən insanın həyatı da fikirləri ilə üst-üstə düşəcək. Ümumiyyətlə, mənfi düşüncələr hələ ki, heç kimə uğur gətirməyib. Ətrafınızda belə insanlar varsa, dərhal onunla bütün əlaqələrinizi kəsin.

Uğursuzluqdan qaçmaq

İnsanların çoxu sırf uğur qazana bilməyəcəyini düşündüyü üçün həyatda heç vaxt qazanan tərəf ola bilmir. Yadda saxlayın ki, səhvsiz insan yoxdur, həyatda hamı səhvləri üzərində öyrənir. Zəngin olmaq istəyirsinizsə, çoxlu sayda risklərə hazır olmalısınız.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar