Xəbər lenti
Göygöl polisi kimsəsiz uşaq tapdı: "Qardaşım məni bura qoyub getdi" - FOTO

ARB Kəpəz xəbər verir ki, post patrul xidmətinin əməkdaşları tərəfindən aşkarlanan azyaşlı valideynləri müəyyən edilənədək uşaq evinə təhvil verilib.
Mahnı oxuyub feyziyab olan bu balacanı ötən gün axşam saatlarında Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları Quşqara kəndi ərazisində fərdi yaşayış evlərindən bir qədər aralıda tapıblar. Azyaşlı diqqəti cəlb etdiyindən asayiş keşikçiləri onun harada yaşamasını və valideynləri barədə məlumat almağa çalışıblar. Təxminən 6-7 yaşı olan balaca ilə aparılan ilkin söhbətdən sonra uşaq Göygöl Rayon Polis Şöbəsinə gətirilib.
Dəniz -tapılan uşaq: “Adım Dənizdir. Bakıdan gəlirdim. Qardaşım gətirib. Qardaşım məni bura qoyub getdi. Dedi gəz. Gəlmə Bakıya, Yevlaxa gedəcəyik. Mən də dedim heç nə, gedin. Qardaşımın yanında heç kim yox idi”.
Göygöl polisi Dənizin valideynlərinin tapılması istiqamətində tədbirlərə başlayıb. Ancaq araşdırmalar hələ bir nəticə verməyib.
Paşa Abbas -baş inspektor: “Uşağın deməsinə görə atasının adı Rövşən, anasının adı isə Güllüdür. Deməsinə görə, Bakı şəhərində Papanin adlanan ərazidə yaşayır. Hazırda valideynlərin müəyyən edilməsi istiqamətində axtarışlarımız davam edir. Uşağı görüb tanıyanlardan xahişimiz ondan ibarətdir ki, Göygöl Rayon Polis Şöbəsinə və yaxud da yaxınlıqda yerləşən polis orqanlarına müraciət edib məlumat versinlər.
Valideynləri müəyyən ediləndək isə polis əməkdaşları Dənizi Gəncə şəhərində fəaliyyət göstərən uşaq evinə təhvil verməyi planlaşdırır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar