Xəbər lenti
“Avtomat karobka” üçün xüsusi sürücülük vəsiqəsi
Azərbaycanda avtomatik transmissiyalı minik avtomobillərini idarə etmək üçün xüsusi sürücülük vəsiqəsi veriləcək.
Manevr.az apa-ya istinadən xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin 18 noyabr 2016-cı il tarixli sərəncamı ilə qüvvəyə minən “Yol hərəkəti haqqında” qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 11 noyabr tarixli qanunda əksini tapıb.
Qanuna edilən əlavəyə əsasən, “B” kateqoriyasına aid nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsini almaq istəyən şəxsin seçiminə əsasən nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan mexaniki və ya avtomatik transmissiyalı nəqliyyat vasitəsində verilə bilər. Mexaniki transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə mexaniki və avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir. Avtomatik transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə isə yalnız avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ veriləcək. Başqa sözlə, nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan zamanı avtomatik transmissiyalı nəqliyyat vasitəsindən istifadə edilmişdirsə, sürücülük vəsiqəsində yalnız “B” kateqoriyasına aid avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququnun verildiyinə dair qeyd olacaq.
Qeyd edək ki, “B” kateqoriyasına aid nəqliyyat vasitələri “A” (motosiklet) kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobillərdir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar