Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Bu qızı 1-ci sinifdən atası dağlara göndərir - Düz 25 yaşına kimi...”

Tarix: 19-11-2016 10:13     Baxış: 5456 A- / A+
“Bu qızı 1-ci sinifdən atası dağlara göndərir

“Dünən sığınacağımıza bir xanım iki övladı ilə daxil oldu. Psixoz vəziyyətdə olan bu xanım birinci sinfə getdiyi vaxt, ata onu daglara mal otarmaga göndərir. Düz 25 yaşına kimi, o mal qara ilə məşğul olur, özü demiş dağ başından düşmür. 25 yaşında Kürdəmirli bir oğlanla tanış olur və onunla qaçır. Qaçmasının səbəbi çobanlıqdan “xilas” olmaq olur”.

Manevr.az bildirir ki, bu hadisəni “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Facebook səhifəsində yazıb.

Mehriban xanım daha sonra davam edir:

“Lakin getdiyi yer onu “sevmir” adi insani sevgini ondan əsirgəyir. Atasının yanına qayıdır. Bir dəfə qızı alma ağacının altından cürümüş almaları götürüb yediyinə görə, ata evdən hər ikisini qovur. Bakıya gəlir… Bazarada işləyir. İkinci dəfə qanunsuz nikaha daxil olur. Bu dəfə Sabirbaddan olan oğlanın atasının etdiyi qeyri insani münasibətdən bezir və geri qayıdır. Hamilə olduğu oğlu atasız dünyaya gəlir. Çünki, ata “yoxa” çıxır. Hər dəfə hansısa kişi, sənə ev kirayəsi verəcəm, səni dolandıracam deyir və sui istifadə edir. Təhsilsiz, psixi vəziyyəti stabil olmayan xanım, iki uşağını sinəsinə sıxıb, o qapıda bu qapıda, küçədə yaşayır. sorusanda atan nə üçün yola getmirdi… Dedi- qız uşaqlarına Allah tərəfdən nur verilir. atam onun üzünə söyürdü. Mən o nuru qorumaq üçün atam evini tərk etdim. Kimsə mənim uşğıma toxunarsa, pis gözlə baxrsa onu gözsüz qoyaram….. Sizə deyim ki edər. Bu insan uşaqlarını vəhşi instintklə müdafiə edir. Bunun adı sevgidirmi, ya yeganə ümiddirmi bilmirəm… Hazırda uşaqlar məktəbə getmir. Elementar davranış qaydaları, hətta yemək yeyəndə belə gigiyenik qaydalarına malik deyil… Yola davam… ideal olmasa da bu qadın və uşaqlar üzərində uzun müddət çalışmalı olacağıq. Dəstəyiniz önəmlidir”.(Moderator.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar